Tütünçü fermerlərə stimullaşdırıcı tədbirlər tətbiq ediləcək
Tarix: 01.08.2016 | Saat: 20:26:00 | E-mail | Çapa göndər


Respublikada tütünçülüyün inkişaf etdirilməsi üçün zəngin ənənə və böyük potensial mövcuddur. Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçilik Şöbəsinin müdiri İmran Cümşüdov  bildirib ki, tütünçülüyün inkişaf etdirilməsi məqsədilə nazirliyin, əlaqədar dövlət orqanlarının tütün istehsalı və emalı ilə məşğul olan müəssisələrin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb, bu məhsulun növlər üzrə tədarük qiymətləri artırılıb, yüksək məhsuldarlıq əldə edən fermerlərə əlavə stimullaşdırıcı tədbirlər tətbiq ediləcəyi nəzərdə tutulub. Hazırda fermerlərə hər hektar tütün əkininə görə əlavə 40 manat subsidiya verilir, güzəştli qiymətlərlə (80 faiz) mineral gübrələr və lizinq yolu ilə (40 faiz güzəştlə) müasir texnika, avadanlıqlar, suvarma sistemləri satılır, yüksək keyfiyyətli bitki sortlarının yetişdirilməsi sahəsində seleksiya və elmi-tədqiqat işləri aparılır.
“Respublikada tütünçülüyün inkişaf etdirilməsi üçün zəngin ənənə və böyük potensial mövcuddur. Bu da imkan verir ki, növbəti illərdə tütün əkini sahələrini 16 min hektara çatdıra bilək. İyulun 1-nə olan məlumata görə, respublika üzrə 2,1 min hektar sahədə tütün əkilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 839 hektar çoxdur. Hazırda bu bitkinin aqrotexniki qaydalara uyğun olaraq becərilməsi davam etdirilir”, - deyə şöbə müdiri bildirib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info