Ağcabədidə 3661 hektar sahədə pambıq əkilib
Tarix: 01.08.2016 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının, o cümlədən pambıqçılığın inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması barədə verdiyi tapşırıqların icrası istiqamətində Ağcabədi rayonunda zəruri işlər görülür.
Rayon İcra Hakimiyyətindən bildiriblər ki, rayon sakinlərinin pambıqçılıq sahəsində təcrübəsi, bölgədə olan mövcud pambıq emalı zavodlarının potensialı nəzərə alınaraq, bu il rayonda 3661 hektar sahədə pambıq əkilib.
Rayonun fermerləri pambığı əsasən “MKT İstehsalat Kommersiya” MMC-nin Ağcabədi filialı və “CTS Aqro” MMC-nin Ağcabədi pambıq istehsalı və emalı zavodu ilə bağlanan müqavilə əsasında becərirlər. Bu il müqavilə əsasında “MKT İstehsalat Kommersiya” MMC-nin Ağcabədi filialı ilə 2265 hektar, “CTS Aqro” MMC-nin Ağcabədi pambıq istehsalı və emalı zavodu ilə 1298 hektarda, “CTS Aqro” MMC-nin Ağdam filialı ilə 97,7 hektarda çiyid səpini həyata keçirilib. Müqavilə bağlamış fermerlər toxum, gübrə, dərman və texnika ilə təmin edilirlər. Növbəti il rayon ərazisində 8 min hektar sahədə pambıq əkilməsi üçün tədbirlər görülür.
Hindarx qəsəbə sakini Akif Hüseynov ağcabədili fermerlərin pambıqçılığın inkişafı ilə bağlı təşəbbüslərə böyük həvəslə qoşulduğunu deyib: “MKT İstehsalat Kommersiya” MMC ilə müqavilə əsasında 30 hektarda çiyid səpmişəm. Türkiyədən gətirilmiş məhsuldar toxumla, həmçinin gübrə, dərman və texnika ilə təmin edilirik. Düzgün aqrotexniki qulluq sayəsində yaxşı çıxış alınıb. Hər hektardan orta hesabla 50 sentner məhsul götürməyi qarşıya hədəf qoymuşam”.
Hazırda pambıq sahələrində qozalama dövrüdür. Sahələrdə suvarma, zərərverici və xəstəliklərə qarşı mübarizə və digər aqrotexniki tədbirlər görülür.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info