İrəvanda çaxnaşmalar davam edir
Tarix: 01.08.2016 | Saat: 20:57:00 | E-mail | Çapa göndər


İrəvanda post-patrul xidməti alayını ələ keçirmiş silahlı qruplaşmanın bütün üzvləri təslim olsalar da etirazçılar mübarizələrini hərbi əsir kimi davam etdirəcəklərini bildiriblər.Silahlı qrupun üzvlərindən Varujan Avetisyan qan tökülməsini istəmədikləri üçün təslim olduqlarını deyib. O, qeyd edib ki, polis etirazçıları hər cür təxribata sürükləyirdi: “Biz mübarizəmizi hərbi əsirlər kimi davam etdirəcəyik. Biz siyasi məhbus yox, hərbi əsirlərik. İki variantımız var idi: ya polis və hərbçilərlə döyüşə başlamalı, ya da qan tökülməsinə yol verməyərək hərbi əsir statusunda qalmalı idik. Bizim üçün hərbi əsir statusunda olmaq ağır qərardır”.Varujan Avetisyan onu da bildirib ki, Sarkisyan rejiminə qarşı mübarizəni bundan sonra da davam etdirəcəklər. O deyib ki, baş verən qiyamdan sonra Yerevanda faktiki olaraq fövqəladə vəziyyət hökm sürür. Küçələrdə əli avtomatlı polislər növbə çəkirlər, maşınlar və piyadalar yoxlanılır. Etirazçılardan biri özünü yandırmağa cəhd edib. Bir sözlə, vəziyyət gərgin olaraq qalır.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info