ABŞ Dövlət Departamenti: “Azərbaycan əhəmiyyətli tərəqqi əldə edib”
Tarix: 01.08.2016 | Saat: 21:54:00 | E-mail | Çapa göndər


ABŞ Dövlət Departamentinin 2016-cı il üçün Maliyyə Şəffaflıq Hesabatı təqdim edilib.Hesabatın Azərbaycanla bağlı bölməsində bildirilir ki, nəzərdən keçirilmiş müddət ərzində Hesablama Palatası tərəfindən hazırlanmış rəy hesabatlarında planlaşdırılan xərclər, o cümlədən dövlət müəssisələrinə ayrılmalar haqqında müfəssəl məlumatlar dərc etməklə bu ölkə əhəmiyyətli tərəqqi əldə edib. Həmin müddətdə büdcə sənədləri ictimaiyyətə təqdim olunub və burada hökumətin gəlirləri, o cümlədən təbii sərvətlərdən daxil olan gəlirlər haqqında əhəmiyyətli dərəcədə dolğun məlumat öz əksini tapıb.
Hesabatda Azərbaycanın ali yoxlama qurumu olan Hesablama Palatasının dövlət müəssisələrinə ayrılmalar haqqında daha ətraflı məlumatı dərc etməyə başladığı qeyd edilib. Bütün dövlət müəssisələrinin audit yoxlamasından keçmiş hesabatlarının internet vasitəsilə geniş ictimaiyyətə təqdim edildiyi vurğulanıb.Diqqətə çatdırılıb ki, büdcə sənədlərində təqdim olunmuş informasiya ümumilikdə etibarlı olub. Ali yoxlama qurumu tərəfindən hökumətin illik icra olunmuş büdcəsinin bir hissəsi yoxlanılıb və qurumum hesabatları müvafiq müddət ərzində geniş ictimaiyyətə təqdim edilib.
Hesabatda bir sıra tövsiyə xarakterli məsələlər də əksini tapıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info