Millimizin futbolçusu “Fulhem”də
Tarix: 02.08.2016 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


Azərbaycan yığmasının futbolçusu Eddi İsrafilov karyerasını İngiltərədə davam etdirəcək. 24 yaşlı yarımmüdafiəçi “Fulhem”də baxışdan uğurla keçib.
Bir neçə gün öncə İngiltərə təmsilçisinin düşərgəsinə qoşulan İsrafilov komandada qalmaq üçün baxış müddətində özünü yaxşı tərəfdən göstərməli idi. Eddi bunu bacardığından, onunla rəsmi müqavilə imzalanıb. Razılaşmaya əsasən, İsrafilov qarşıdakı 4 ili “Fulhem”in heyətində keçirəcək.
Bu transferə görə ingilislər 200 min avrodan keçməli olublar. Lakin müqavilədəki bəndə əsasən, “Fulhem” növbəti mövsüm Premyer Liqaya vəsiqə qazana bilsə, həmin məbləğ bir qədər də artırılacaq. “Mursiya”nın yetirməsi olan Eddi buna qədər müxtəlif klublarda - “Qranada”, “Eybar” və “Kordoba”da icarə əsasında çıxış edib. Son olaraq, “Kordoba”da oynamış xavbek Sequndada 14 matçda iştirak etsə də, qol hesabını aça bilməmişdi. Qeyd edək ki, İsrafilov 2015-ci ildən dəvət aldığı Azərbaycan yığmasında 5 oyun keçirib.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycanın paracüdoçusu dünya çempionu olub
16.11.2018
UEFA-nın maliyyə vəsaiti Azərbaycan klublarının hesabına köçürülüb
16.11.2018
“Barselona” Dembeledən daha peşəkar yanaşma gözləyir
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info