“Festival yerli və xarici musiqisevərlərin rəğbətini qazanıb”
Tarix: 02.08.2016 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


“Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda çoxsaylı mədəniyyət layihələri həyata keçirilir. Belə mədəniyyət tədbirlərindən olan Qəbələ Beynəlxalq Musiqi Festivalı öz möhtəşəmliyi ilə yerli və xarici musiqisevərlərin rəğbətini qazanıb. Bu festival artıq gözəl ənənəyə çevrilib”.
Bu sözləri jurnalistlərə müsahibəsində Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli bildirib. O qeyd edib ki, Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən bu festival həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanıdılması üçün bir vasitədir: “Qəbələ Beynəlxalq Musiqi Festivalının nüfuzu ildən-ilə artır. Builki festivalın proqramı çox zəngindir. Festivalda rəngarəng konsertlər olacaq və fərqli musiqi əsərləri səsləndiriləcək. Düşünürəm ki, Qəbələ VIII Beynəlxalq Musiqi Festivalı haqqında hələ çox danışılacaq". Fərhad Bədəlbəyli festivalda simfonik və kamera konsertlərinin musiqisevərlərə dünya musiqisinin zənginliyini duymağa imkan verəcəyini vurğulayıb. “Bu festival həm də dünyada nadir hallarda keçirilən musiqi tədbirlərindən biridir ki, tamaşaçılar burada konsertləri bilet almadan pulsuz izləyə bilirlər. Yəni bu tədbir kommersiya xarakteri daşımır, klassik musiqinin təbliği, maarifçilik məqsədilə keçirilir. Əvvəlki illərlə müqayisədə artıq insanlar bu konsertlərə həvəslə gəlirlər və böyük maraq göstərirlər. Ümid edirəm builki festivalın uğurları daha böyük olacaq”, - deyə F.Bədəlbəyli bildirib. Xalq artisti qeyd edib ki, Qəbələ Beynəlxalq Musiqi Festivalı ölkəmizdə multikultural dəyərlərə böyük önəm verildiyinin göstəricisidir. “Multikulturalizm ili” çərçivəsində keçirilən tədbirlərin sırasında yer alan bu festivalda Azərbaycanın və dünyanın dahi bəstəkarlarının əsərləri səsləndirilir. On iki ölkədən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər.
Rasim




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Biz, həmişə müstəqilliyimiz uğrunda mübarizəyə hazır olmalıyıq
19.01.2019
Azərbaycan əleyhinə sifarişlə hazırlanmış bu cür “qətnamələr” gərəksiz kağız parçalarıdır
19.01.2019
1990-cı il 20 yanvar tarixinə keçən gecə Bakıda baş verən cinayətlər cavabsız qalmamalıdır
19.01.2019
Türkiyə xalqı 20 Yanvar faciəsini böyük kədər hissi ilə xatırlayır
18.01.2019
20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info