Banklardakı əmanətlərin 73%-i qorunur
Tarix: 02.08.2016 | Saat: 15:45:00 | E-mail | Çapa göndər


2016-cı ilin 6 ayın yekunlarına görə fiziki şəxslərin cəmi əmanətləri 7 mlrd. 761 mln. manat təşkil edib. 
Əmanətlərin Sığortalanması Fondundan verilən məlumata görə, cari ilin II rübündə qorunan əmanətlər ötən rüblə müqayisədə 543 mln. manat (8,8%), ilin əvvəlinə olan göstərici ilə müqayisədə isə 296 mln. manat (5%) azalıb və nəticədə cəmi əmanətlərin (7,8 mlrd. manat) 73%-ni (5,66 mlrd. manat) qorunan əmanətlər, 27%-ini (2,10 mlrd. manat) isə qorunmayan əmanətlər təşkil edib. 
Kompensasiya olunan əmanətlər cari ilin əvvəlinə olan göstərici ilə müqayisədə 99% (2 mlrd. 275 mln. manat) artaraq 4 mlrd. 572 mln. manat olub ki, bu da ümumi əmanətlərin (qorunmayan əmanətçilərin əmanətləri istisna olmaqla) 65%-ini, qorunan əmanətlərin isə 81%-ini təşkil edib. 
Qorunan əmanətlərin 77%-i ABŞ dollarının, 19%-i manatın, 4%-i avronun payına düşür. 
2016-cı ilin II rübündə fondun cəmi aktivləri 168,2 mln. manat edib, bunlardan uzunmüddətli aktivlər 2,2 mln. manat təşkil edib. 
2016-cı ilin II rübündə fondun cəmi gəlirləri 13,7 mln. manat olub ki, bunun da 13,2 mln. manat hissəsini təqvim haqları, 443 min manat hissəsini faiz gəlirləri təşkil edib. Fondun inzibati və ümumi xərcləri 1,8 mln. manat, bunun da 943,5 min manatını əməliyyat  xərcləri təşkil edib. 
Hazırda Fondun investisiya portfeli 7,3 milyon manat təşkil edən qiymətli kağızlardan ibarətdir. 
2016-cı ilin II rübün sonuna fondun iştirakçısı olan bankların sayı 37-dir.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
“Aksam.com.tr”: “Azərbaycan 2019-cu ildə TANAP ilə təbii qaz nəqlini iki dəfə artırmağı planlaşdırır”
23.01.2019
AzerTelecom Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir
23.01.2019
Azərbaycan Prezidenti İlham Əliyevlə İsveçrə Prezidenti Ueli Maurerin görüşü olub
23.01.2019
BMT Azərbaycanda əlilliyi olan insanların məşğulluğuna dair yeni layihə reallaşdıracaq
23.01.2019
Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvüdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info