Avtonəqliyyat sahibləri Rusiyada keçərli olan “Yaşıl Kartı” əldə edə bilərlər
Tarix: 02.08.2016 | Saat: 16:13:00 | E-mail | Çapa göndər


Avqustun 1-dən ölkəmizdə qeydiyyatdan keçmiş avtonəqliyyat vasitəsi sahibləri Rusiyaya səyahət etdikdə həmin ölkədə keçərli olan Azərbaycan “Yaşıl Kartı”nı əldə edə bilərlər. İcbari Sığorta Bürosunun (İSB) məlumatına görə, iyunun 23-də İSB ilə Rusiya Avtosığortaçılar İttifaqı arasında “Yaşıl Kart” sistemi çərçivəsində sənədlərin qarşılıqlı tanınmasına dair imzalanmış ikitərəfli sazişə əsasən avqustun 1-dən ölkəmizdə qeydiyyatdan keçmiş avtonəqliyyat vasitəsi sahibləri Rusiyaya səyahət etdikdə həmin ölkədə keçərli olan Azərbaycan “Yaşıl Kartı”nı əldə edə biləcəklər. Eyni qaydada Rusiyada qeydiyyatdan keçən avtonəqliyyat vasitəsi sahibləri ölkəmizə səyahət etdikdə Azərbaycanda etibarlı olan “Yaşıl Kart”ı əldə edə bilərlər. Həmçinin, Rusiyaya səfər etmək istəyən vətəndaşlar avqustun 1-dən öncə rəsmiləşdirilən və qüvvədə olan Azərbaycan “Yaşıl Kart”larını (Türkiyə və İran İslam Respublikası ərazisində etibarlı olan “Yaşıl Kart”lar istisna olmaqla) sığorta müqaviləsini rəsmiləşdirən sığorta şirkətlərinə təqdim etməklə yeni blankda çap edilmiş və üzərində Rusiyanın beynəlxalq ölkə kodu (RUS) açıq olan Azərbaycan “Yaşıl Kart”ları ilə ödənişsiz olaraq dəyişdirə bilərlər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı avtomatlaşdırılacaq
23.01.2019
Gəncləri işə götürən sahibkarlara güzəştlər tətbiq ediləcək
23.01.2019
2019-cu il üçün əlillərlə bağlı proqram təsdiq edilib
23.01.2019
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib
23.01.2019
AtaBank-ın əmək haqqı kart sahiblərinə şad xəbər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info