Paralimpiyaçılara dəstək turniri
Tarix: 02.08.2016 | Saat: 18:16:00 | E-mail | Çapa göndər


“SUN+ CUP 2016”adlı voleybol turnirinə “Gazelli Group”-un əməkdaşları da qoşulub
“Gazelli Group”-un təşkilatçılığı ilə qeyri-adi “SUN+ CUP 2016”adlı voleybol turniri keçirilib. Turnirdə Qarabağ müharibəsi zamanı döyüşərək, əlil olmuş şəxslər yarışıblar. Paralimpiyaçılara dəstək olaraq yarışa “Gazelli Group”-un əməkdaşları da qoşulub və onlarla voleybolu oturaraq oynayıblar. Tədbiri açan “Gazelli Group”-un İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Yelena Eyvazlı bildirib ki, turnirin keçirilməsində məqsəd paralimpiyaçılarımıza dəstək olmaq, onların cəmiyyətin çox vacib üzvlər olduğunu bir daha xatırlatmaqdır. “Şirkətimiz daim sosial layihələrə önəm verir. Və bu layihələr zamanı insanların sevincini görərək, biz daha da ruhlanırıq” - deyə o bildirib. Daha sonra çıxış edən Paralimpiya Komitəsinin vitse-prezidenti Şaiq Həmidov bu tip layihələrin önəmindən danışıb. Bildirib ki, bu cür tədbirlər idmançılarımızın özünəinamını daha da artırır, onlara ruh və böyük güc verir. 3 setdən ibarət olan yarış maraqlı anlarla yadda qalıb. İlk setdə “ Qarabağ” komandası irəli çıxib. Fasilədə isə paralimpiyaçı Vüsalə Kərimova öz tərəf müqabili Fərid Mehdiyevlə əlil arabasındakı rəqsi ilə hamını heyran edib. Ikiqat Paralimpiya çempionu, 2 dəfə dünya, 6 dəfə Avropa çempionu , eləcə də Avropa Oyunlarının qalibi İlham Zəkiyev də yarış iştirakçılarını ruhlandırıb, onlarla fəxr etdiyini bildirib. 2-ci və 3-cü setdə isə vəziyyət dəyişib. Nəticədə “Qazilər” komandası 2-1 hesabı ilə qalib olub. Yarışın yekununda bütün iştirakçılara “SUN+ Cup” loqotipi ilə medallar və “SUN+” adlı günəşdən qoruyucu krem hədiyyə olunub, qalib komandaya isə kubok təqdim edilib.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info