Türkiyədə dövlət çevrilişi cəhdini araşdıracaq xüsusi komissiya yaradılıb
Tarix: 02.08.2016 | Saat: 19:20:00 | E-mail | Çapa göndər


Türkiyə Böyük Millət Məclisi dövlət çevrilişinə cəhdi araşdırmaq üçün xüsusi komissiya yaradıb. Komissiyada hakim partiya ilə yanaşı, Cümhuriyyət Xalq Partiyasının (CHP) və Milliyyətçi Hərəkat Partiyasının (MHP) nümayəndələri də yer alıblar. Komissiya Konstitusiyaya nəzərdə tutulan dəyişikliklə bağlı əvvəlcədən hazırlıq işi görəcək və bunu partiya sədrlərinə təqdim edəcəklər.
On beş nəfərlik tərkibdə yaradılacaq Komissiyanın fəaliyyət müddəti üç ay nəzərdə tutulub. Türkiyə KİV-ləri xəbər verir ki, Baş nazir Binəli Yıldırım vətəndaşlara müraciətində Türkiyə dövlətinin və iqtisadiyyatının çevriliş cəhdindən sonra daha da gücləndiyini deyib. Xalqın demokratiyaya, milli iradəyə sahib çıxdığını deyən Baş nazir qeyd edib ki, Türkiyə hüquqi dövlət olduğu üçün dövlət çevrilişinə cəhd göstərənlərin cəzası da hüquq müstəvisində veriləcək.Baş nazir vurğulayıb ki, çevriliş cəhdi ilə bağlı təhlükə hələ bitmədiyi üçün onun aradan qaldırılması vaxt tələb edir. Həyata keçirilən islahatlar ordunun və ölkənin təhlükəsizliyinin daha da güclənməsinə xidmət edir.Qeyd edək ki, Türkiyədə 9-u general olmaqla, 311 hərbçi axtarışa verilib. Ankarada isə daha 91 əsgər tutulub. Türkiyə Böyük Millət Məclisinə hücum edən hərbçinin də onların arasında olduğu bildirilir. Dövlət çevrilişi cəhdindən sonra 70 minə yaxın vətəndaş işindən uzaqlaşdırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətindəyik
23.03.2019
Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda iştirak ediblər
22.03.2019
Azərbaycan və Pakistan arasında təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlığın inkişaf yolları müzakirə olunub
21.03.2019
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21.03.2019
Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info