ADPU-nun beynəlxalq əlaqələri genişlənir
Tarix: 02.08.2016 | Saat: 21:07:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Şimali Kipr Türk Respublikası parlament sədrinin müavini Hüseyn Avkıran Alanlı və Məclis Protokol müdiri Batu Beyit ilə görüşüb.
ADPU-dan bildirilib ki, görüşdə C.Cəfərov Azərbaycan ilə Şimali Kipr Türk Respublikası arasında müxtəlif sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin genişlənməsində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin xüsusi xidmətlərini diqqətə çatdırıb. Qeyd edilib ki, Azərbaycanda davam edən təhsil islahatları sağlam və ədalətli rəqabətin artmasında, təhsilin keyfiyyətinin yüksəlməsində mühüm rol oynayır. C.Cəfərov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixi, tədris prosesi, fəaliyyət istiqamətləri, strateji hədəfləri barədə məlumat verərək bildirib ki, ADPU ölkəmizin ali təhsil sistemində xüsusi yer tutur. Hazırda respublikamızda dövlət səviyyəsində yüksəkixtisaslı pedaqoji kadrların hazırlanması istiqamətində ciddi addımlar atılır. Struktur dəyişikliklər nəticəsində ADPU-nun fəaliyyət dairəsi genişlənib, müəllim və tələbələrin sayı xeyli artıb. ADPU-da hazırda filiallar və Pedaqoji Kolleclə birlikdə təxminən 20 mindən çox tələbə təhsil alır. Universitetin Bakı şəhərində dörd, rayonlarda isə beş tədris korpusu fəaliyyət göstərir. ADPU üçün müasir kampusun inşa edilməsi nəzərdə tutulur və bu istiqamətdə lazımi addımlar atılır. Hazırda universitetin yeni imicinin formalaşması üçün ADPU-da idarəetmənin optimallaşdırılması, maddi-texniki bazanın gücləndirilməsi, təhsilin və tədrisin keyfiyyətinin yüksəldilməsi, diferensial əməkhaqqının tətbiqi sahəsində ciddi islahatlar həyata keçirilir. Eyni zamanda, beynəlxalq əlaqələrin genişlənməsinə də xüsusi diqqət yetirilir.
H.A.Alanlı səmimi və işgüzar görüşdən məmnunluğunu bildirib, ADPU ilə ölkəsinin ali məktəbləri arasında əlaqələrin genişlənməsinə hər cür kömək göstərəcəyini qeyd edib, universitetin kollektivinə uğurlar arzulayıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
“Məntiq-2019” intellektual bilik yarışı üzrə Masallı birinciliyi keçirilib
20.09.2019
Masallıda tədbir: “Heydər Əliyev və neft strategiyası“
19.09.2019
İqtisadiyyat nazirinin müavinləri vətəndaşları qəbul edib
19.09.2019
Sədərək rayonunda payız-qış mövsümünə hazırlıq işləri mütəşəkkil aparılır
19.09.2019
Bakının əksər hissəsini işıqla təmin edən yarımstansiyalar yenidən qurulur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info