UNEC-də Rus İqtisadiyyat Məktəbi yaradılıb
Tarix: 03.08.2016 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rus İqtisadiyyat Məktəbi (RİM) yaradılıb.
Bundan sonra UNEC-in bakalavr pilləsinin rus bölümündə oxuyan tələbələr RİM-də təhsil alacaqlar. Məktəbin yaradılmasında məqsəd rusdilli təhsil məkanına inteqrasiya edərək, bu məkanın üstünlüklərindən bəhrələnməklə yanaşı, həm də rusdilli əcnəbi tələbələri UNEC-ə cəlb etməkdir. Eyni zamanda rus dilində iqtisadi təhsili təcrübəyə yönəltmək qarşıya məqsəd kimi qoyulub. Buna görə də gələcəkdə RİM-də daha çox təcrübəyönümlü tədris planı əsasında yüksəkixtisaslı iqtisadçı kadrların yetişdirilməsi nəzərdə tutulur. RİM-də UNEC müəllimləri ilə yanaşı, həm də rusdilli təhsil məkanının və Qərbin aparıcı iqtisadçı alimləri və ekspertləri dərs deyəcək. Rusiyanın və Qərbin tanınmış iş adamları, top menecerləri master-klasslar və seminarlar keçəcəklər. Eyni zamanda, tələbələrin Rusiyanın nüfuzlu korporativ strukturlarında istehsalat təcrübəsinə göndərilməsi nəzərdə tutulub. Rus bölməsində tədris edilən təhsilin vahid məkandan idarəedilməsi UNEC-də rus dilində təhsilin səviyyəsinin yüksəldilməsi, idarəetmənin təkmilləşdirməsi, ixtisaslararası inteqrasiyanın inkişafı və tələbə-müəllim mobilliyinin artırılması istiqamətində faydalı olacaq. Bu da yüksəkkeyfiyyətli ixtisaslaşmış iqtisadçı kadrların hazırlanmasına xidmət edəcək. Qeyd edək ki, UNEC Cənubi Qafqaz regionunda dörd dildə təhsil verən yeganə iqtisadyönümlü universitetdir. UNEC-də təhsilin türk dilində tədris edildiyi Türk Dünyası İşlətmə fakültəsi və ingilis dilində təhsil verən Beynəlxalq İqtisadiyyat Məktəbi fəaliyyət göstərir. Rus İqtisadiyyat Məktəbinin yaradılması ilə ali təhsil ocağında tədris edilən bütün dillər ayrıca fakültə və məktəblərə bölünmüş olacaq. Bu da təhsildə yüksək keyfiyyəti təmin etməklə yanaşı, tələbə məmnuniyyətini artıracaq, eyni zamanda tələbələrin daha çox sosiallaşmasına zəmin yaradacaq.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib
20.11.2018
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq
20.11.2018
Qarakənd səmasında baş vermiş faciədən 27 il keçir
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info