“Qəbələdə dünyanın məşhur musiqi xadimləri bayram əhvalı yaşadırlar”
Tarix: 03.08.2016 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


Bu sözləri AZƏRTAC-a müsahibəsində Heydər Əliyev Fondunun təşkil etdiyi VIII Qəbələ Beynəlxalq Musiqi Festivalında çıxış edən İsrailin Yerusəlim Simfonik Orkestrinin konsertmeysteri, Yerusəlim Musiqi Konservatoriyasının müəllimi, tanınmış violin ifaçısı Janna Qandelman deyib. O, bu festivalın çox yüksək səviyyədə təşkil olunduğunu bildirib: “Bu günlərdə Qəbələyə toplaşan dünyanın məşhur musiqi xadimləri təqdim etdikləri konsertlərlə böyük tamaşaçı auditoriyasına əsl musiqi bayramı yaşadırlar. Bizi bura dostumuz, festivalın bədii rəhbərlərindən biri Dmitri Yablonski dəvət edib. Bu festival haqqında əvvəllər az məlumatım var idi. Mən ötən il bu tədbirdə iştirak edərək Azərbaycandan xoş təəssüratla ayrılmışdım. Builki festivalda iştirakım üçün dəvəti böyük məmnuniyyətlə qəbul edərək bura gəldim. Hələ festivalın sonunadək burada bir neçə konsertdə iştirak edəcəyəm”. O, festivalın bu qədər gözəl bir yerdə möhtəşəm təşkil edilməsinə görə zəhməti olan hər kəsə təşəkkür edib. “Mən burada məşhur pianoçu Fərhad Bədəlbəyli ilə birgə səhnəyə çıxdım və möhtəşəm kamera konserti verdik. Biz bacardığımızı etdik. İfamız tamaşaçıların o qədər xoşuna gəldi ki, onlar bizi ayaq üstə alqışladılar. Biz çox sevindik ki, musiqi bayramını izləyənlər üçün gözəl əhvali-ruhiyyə bəxş edə bildik”,- deyə Janna Qandelman bildirib. Bir çox beynəlxalq müsabiqələrin qalibi olan israilli musiqiçi müsahibəsində Qəbələnin çox xoşuna gəldiyini, boş vaxtlarında mənzərəli yerləri gəzdiyini söyləyib. “Xoş təəssüratlarla ölkəmizə qayıdacağam. Gələcəkdə konsertlə bağlı dəvət almasam da, Qəbələyə turist kimi mütləq gələcəyəm”.




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
“Qoy əfqan xalqı öz liderini özü seçsin“
22.02.2019
Özəl telekanallarda yayımlanan bayağı seriallar bizi çox narahat edir
22.02.2019
Müxalifət özü də bilir ki, bu aksiyalar mənasızdır, xalqın iradəsini ifadə etmir
22.02.2019
“Talibana hərbi təzyiq göstərməyə davam edəcəyik“
22.02.2019
Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin regional qovşaqlarından biridir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info