“Azərbaycan mədəniyyət sahəsində də dünyanı işıqlandıra bilər”
Tarix: 03.08.2016 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


“Bura gələn xarici qonaqlar Azərbaycanın sürətli inkişafı, insanların adət-ənənələri və mədəniyyəti, milli musiqisi, muğam və bəstəkar əsərləri ilə yaxından tanış olurlar”
“Qəbələ Beynəlxalq Musiqi Festivalı son zamanlar Azərbaycanda ənənəvi şəkildə keçirilən mühüm tədbirlərdən birinə çevrilib. Bu festival Heydər Əliyev Fondunun uğurlu layihələrindən biridir. Qəbələ festivalı xarici qonaqlara Azərbaycan bəstəkarlarının əsərlərini təqdim etməklə yanaşı, yerli musiqisevərlərə dünyanın klassik sənət inciləri ilə yaxından tanış olmaq imkanı verir”.
Bu sözləri VIII Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, “Kiyev virtouzları” Orkestrinin musiqi rəhbəri, İsrailin Yerusəlim Simfonik Orkestrinin dirijoru, dünya şöhrətli violonçel ifaçısı Dmitri Yablonski deyib. O qeyd edib ki, dünyanın müxtəlif ölkələrindən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər və dirijorların iştirak etdiyi VIII Qəbələ Beynəlxalq Musiqi Festivalında gənc muğam ifaçılarının çıxışı, konsertlərdə səsləndirilən Azərbaycan və Avropa bəstəkarlarının əsərləri böyük tamaşaçı marağına səbəb olur. Festival günlərində Qəbələdə böyük izdiham yaşanır, xüsusi bayram ab-havası hökm sürür. “Bura gələn xarici qonaqlar Azərbaycanın sürətli inkişafı, insanların adət-ənənələri və mədəniyyəti, milli musiqisi, muğam və bəstəkar əsərləri ilə yaxından tanış olurlar. Yerli və xarici musiqiçilər, tamaşaçılar bir-biri ilə münasibət qurur, xalqlar arasında mədəni əlaqələrə töhfə verən qarşılıqlı təcrübə və yaradıcılıq söhbətləri aparırlar. Festival onu göstərir ki, Azərbaycan hər sahədə olduğu kimi, mədəniyyət və incəsənət sahəsində də dünyanı işıqlandıra bilər”, - deyə Dmitri Yablonski bildirib. Dünya şöhrətli violonçel ifaçısı azərbaycanlıların həmişə sülh, tərəqqi istəyən bir xalq olduğunu qeyd edərək deyib: “Bu festivalda bir çox xalqların musiqiçiləri iştirak edirlər. Biz istəyirik ki, dünyada insanlar sülh və əmin-amanlıq şəraitində yaşasınlar. Əminəm ki, Heydər Əliyev Fondunun uğurlu layihələrindən olan bu beynəlxalq musiqi festivalı hələ uzun illər keçiriləcək, Qəbələ dünyanın mədəniyyət mərkəzinə çevriləcək və burada ən gözəl klassik əsərlər sənətkarların canlı ifasında dinləniləcək”.








 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info