“Belə musiqi festivalı ilə hər bir ölkə fəxr edə bilər”
Tarix: 03.08.2016 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


“VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı orkestrimizin üzvlərində xoş təəssüratlar yaratdı. Xüsusilə də tamaşaçıların konsertimizə marağı bizi ruhlandırdı. Azərbaycanlı tamaşaçılar qarşısında maraqlı konsert proqramı ilə çıxış etdik”.
Bu sözləri Avstriyanın “Vayner Akademiya” Kamera Orkestrinin dünya şöhrətli dirijoru Martin Heselbök deyib. Avstriyanın elm və incəsənətinə xidmətə görə Şöhrət Xaçı, Praqada V.A.Motsart, Macarıstanda F.List mükafatlarına layiq görülən Martin Heselbök azərbaycanlı musiqisevərlərə və Qəbələnin gözəl təbiətinə heyran qaldığını bildirib: “Ölkənizi çox sevirəm. Rəhbərlik etdiyim ansambl ötənilki Qəbələ festivalında da uğurla çıxış etmişdi. Qəbələ səhnəsindəki iki saatlıq konsertimizdən sonra tamaşaçıların ayaq üstə davamlı olaraq alqışlaması bizi yaxşı mənada təəccübləndirmişdi. O anları yenidən yaşadığımız üçün xoşbəxtik”. Martin Heselbök festivalın təşkilatçılarını belə bir uğurlu layihə münasibətilə təbrik edərək deyib: “Burada konsertlər çox möhtəşəm keçir. Belə musiqi festivalı ilə hər bir ölkə fəxr edə bilər. Bəzi Avropa ölkələrində bu cür, yəni açıq havada möhtəşəm festival hələ də yoxdur. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya festivalın təşkilinə görə minnətdarlığımı bildirirəm”.




 
Bölməyə aid digər xəbərlər
13.02.2019
Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
13.02.2019
Dövlətmizin uğurlu idman siyasəti
13.02.2019
“Şirkətlər əksər vaxtlar benefisiarların adını açıqlamaq istəmir”
11.02.2019
Akademiyada bəziləri işə gəlmir, soruşanda da deyir ki, kitabxanada idim
09.02.2019
Evini, ocağını “ucuz tutmaq” yoxdur milli düşüncəmizdə…

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10594

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 İtaliyada ötən ildən indiyə kimi qripdən 52 ölüm halı qeydə alınıb
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info