Dubaylı turist: “Azərbaycanda özümüzü qərib hiss etmirik”
Tarix: 03.08.2016 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


“İnsanların öz tarixlərinə hörmətlə yanaşmaları
çox xoşumuza gəldi”


“Azərbaycanda ilk dəfədir oluram. Ailəmlə birlikdə gəlmişəm. Burada özümüzü qərib hiss etmirik. Hamı bizə isti münasibət göstərir. İnsanların öz tarixinə belə hörmətlə yanaşmaları, onu qoruyub saxlamağa çalışmaları çox xoşumuza gəldi”.
Bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən gələn turist Rəşid Hüseyn Şəki xanlarının sarayı ilə tanışlıqdan sonra AZƏRTAC-a müsahibəsində deyib. Şəkidən əvvəl Qəbələ rayonunda da olduqlarını, “Tufandağ” Turizm İstirahət Kompleksində maraqlı bir gün keçirdiklərini bildirən ərəb turist bu yerlərin təbiətinə, yaşıllığına vurulduqlarını söyləyib. Qonaq bildirib ki, öz ölkəsindəki boz səhralardan sonra belə yaşıl təbiəti görmək olduqca xoşdur. Şəki xanlarının sarayı ilə tanışlıqdan məmnun qalan Rəşid Hüseyn deyib: “Bu saray Azərbaycanın qədim tarixindən, zəngin mədəniyyətindən xəbər verir. Sarayla tanışlıq zamanı hiss etdim ki, adətlərimizdə oxşarlıq çoxdur. Bizim insanlar da qədim zamanlarda yerdə, döşəmənin üstündə əyləşərdilər. Milli geyimlərimizdə, bəzək əşyalarımızda da çox oxşarlıq var”. Dubaylı turist Şəkidən sonra Bakıya yola düşəcəklərini, paytaxtla tanışlığı səbirsizliklə gözlədiklərini bildirib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
Cəbhəçi trollar cəbhənin özünə qarşı hücuma keçdi
20.09.2019
Avstraliya Azərbaycanlıları Assosiasiyası parlament üzvünün ədalətli mövqe tutmasını tələb edib
20.09.2019
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüş vaxtı məlum oldu
20.09.2019
Prezident “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edir
20.09.2019
Azərbaycan-Macarıstan əlaqələri strateji tərəfdaşlıq müstəvisində inkişaf edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info