SOCAR Avstriya şirkəti ilə müqavilə imzalayıb
Tarix: 03.08.2016 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda bu müəssisənin yenidənqurma və modernizasiya layihəsinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Avstriyanın “Poerner” şirkəti ilə yeni bitum qurğusunun inşası üzrə detallı layihələndirmə, satınalma və tikintinin idarə edilməsi (EPCm) müqaviləsi imzalanıb.
SOCAR-dan verilən məlumata görə, imzalanma mərasimində SOCAR-ın vitse-prezidentləri Tofiq Qəhrəmanov və David Məmmədov, “Poerner” şirkətinin sahibi və baş icraçı direktoru Andreas Poerner, Müqavilələr və kommersiya məsələləri üzrə vitse-prezidenti Roland Stickler, Avstriyanın Azərbaycandakı səfirliyinin məsul nümayəndəsi xanım Ute Friessner iştirak ediblər. Zavodda aparılan rekonstruksiya və modernizasiyası işləri barədə məlumat verən vitse-prezident Tofiq Qəhrəmanov layihə çərçivəsində istismara veriləcək ilk qurğu-Bitum istehsalı qurğusu üzrə müqavilənin imzalanmasının əhəmiyyətini qeyd edib, bunun keçmiş “Azərneftyağ” NEZ-in mövcud infrastrukturunun tamamilə istismardan çıxarılmasına, H.Əliyev adına NEZ-in istismar xərclərinin optimallaşdırılmasına imkan verəcəyini, yüksək keyfiyyətli bitum istehsalına və Bakının ekoloji durumun yaxşılaşdırılmasına kömək edəcəyini bildirib. “Poerner” şirkətinin baş direktoru Andreas Poerner SOCAR ilə əməkdaşlıq əlaqələrinin inkişafı üçün növbəti imkanın yaranmasından məmnun olduğunu söyləyib, yeni bitum qurğusunun inşası məqsədilə detallı layihələndirmə, satınalma və tikintinin idarə edilməsi (EPCm) işlərinin həyata keçirilməsi üçün bu sahədə qabaqcıl təcrübəyə malik “Poerner” şirkətinin seçilməsindən qürur duyduğunu vurğulayıb. Bildirilib ki, illik istehsal gücü 400 min ton olan yeni bitum qurğusunun 2018-ci ilin ortalarında istismara verilməsi nəzərdə tutulur. Müqaviləni H.Əliyev adına NEZ-in direktoru Elman İsmayılov və “Poerner” şirkətinin baş direktoru Andreas Poerner imzalayıb.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb
16.11.2018
Avtomobil yolları təsərrüfatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info