Rumıniya səfiri: “Şəki Azərbaycanın ən gözəl şəhərlərindən biridir”
Tarix: 03.08.2016 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


“Beş ildir ki, Rumıniyanı Azərbaycanda təmsil edirəm. Bu illər ərzində dəfələrlə regionlara səfər etmişəm, bir neçə dəfə Şəkidə olmuşam. Şəki həqiqətən də Azərbaycanın ən gözəl şəhərlərindən biridir”.
Bu fikirləri Rumıniyanın Azərbaycanda diplomatik fəaliyyəti başa çatan səfiri Daniel Kristian Çiobanu avqustun 2-də Şəkiyə səfəri çərçivəsində şəhər rəhbərliyi ilə görüşü zamanı səsləndirib. Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə icra hakimiyyətinin başçısı Elxan Usubov Azərbaycanla Rumıniya arasında əlaqələrin bütün sahələr üzrə inkişaf etdiyini bildirib, bu əlaqələrin daha da möhkəmlənməsində səfirin xidmətlərini xüsusi vurğulayıb. Azərbaycandakı diplomatik missiyasının sona çatdığını bildirən Rumıniya səfiri bundan çox təəssüfləndiyini, ölkəmizdə özünə çoxlu dostlar qazandığını diqqətə çatdırıb. Səfir bu illər ərzində ölkələrimiz arasında ikitərəfli əlaqələrin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə yüksək sürətlə inkişaf etdiyini, Rumıniyanın Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq təşkilatlarda hər zaman dəstəklədiyini vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info