Ermənistanda polis özbaşınalığı
Tarix: 03.08.2016 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


Ara Papyan: “İrəvanda saxlanılan silahlı qruplaşma üzvləri işgəncələrə məruz qalır”

Düşmən ölkədə dərəbəylik davam edir. Ermənistanda son hadisələr fonunda polis bütün açıq fikirli şəxsləri həbs etməkdə davam edir. Son məlumatlara görə, ölkədə fəaliyyətdə olan “İrs” partiyasının məşhur simalarından olan David Sanasaryan və Hovsep Xurşudyan həbs ediliblər. Partiyanın mətbuat katibi David Sanasaryan İrəvandakı polis bölmələrindən birinə aparılaraq haqqında 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Bu barədə “News.am” saytına məlumat verən Sanasaryanın vəkili Robert Revazyan həbslə bağlı ölkənin yüksək instansiyalarına müraciət olunacağını bildirib. Xatırladaq ki, həbs edilənlərə kütləvi iğtişaşların təşkilinə cəhd ittihamı irəli sürülüb. Sayta açıqlama verən Hovsep Xurşudyanın vəkili Seda Safaryan isə partiya liderləri üçün seçilən həbs qətimkan tədbirlərinin əvvəlcədən hazırlanmış bir proses olduğunu bildirib. Onun sözlərinə görə, hazırda Ermənistandakı bütün məhkəmələrdə siyasi proseslər gedir. Ölkədə bütün müxalifət düşüncəli insanlar heç bir əsas gətirmədən həbs edilirlər. Safaryan da həmkarı Robert Revazyan kimi, baş verənlərlə bağlı şikayət edəcəklərini istisna etməyib.

“Human Rights Watch”:
“Erməni polisinin dinc sakinlərə qarşı istifadə etdiyi səsli bombalar nəticəsində onlarla jurnalist xəsarət alıb”


Qeyd etmək yerinə düşər ki, həmişə Ermənistana qahmar çıxan, onları hər vəchlə müdafiə edən “Human Rights Watch” təşkilatı da bu ölkədə baş verən son proseslərə münasibət bildirmək məcburiyyətində qalıb. Bəyanatla çıxış edən təşkilat bildirib ki, erməni polisinin dinc sakinlərə qarşı istifadə etdiyi səsli bombalar nəticəsində onlarla jurnalist xəsarət alıb. İrəvan xəstəxanalarında xəsarət alan jurnalistlərə baş çəkən təşkilatın Cənubi Qafqaz üzrə direktoru Qeorqiy Qoqiya: “Polis jurnalistlərin qanuni işlərinə müdaxilə etməməlidir. Lakin İrəvanda polis nəinki onların işlərinə müdaxilə edib, hətta onlara hücum edərək jurnalistlərə qarşı ən sərt cəza tədbirləri həyata keçirib”. “Modus Vivendi” analitik mərkəzinin rəhbəri Ara Papyan keçirdiyi mətbuat konfransında deyib ki, Ermənistanda iyulun 31-də təslim olan silahlı qruplaşma üzvlərinin hüquqları pozulur. Onlar qeyri-insani rəftara məruz qalır, döyülür, ailə üzvlərinə təzyiqlər edilir. O bildirib ki, əgər Ermənistanda məsələlərin güc yolu ilə həll edilməsinin mümkünsüzlüyü önə çəkilirsə, bu, hamıya aid olmalıdır: “Güc yolu ilə xalqın susdurulmasına nail olmaq olar, lakin iqtisadi problemləri həll etmək olmaz. İqtisadiyyat ancaq sağlam rəqabət və azad cəmiyyət olduğu təqdirdə inkişaf edə bilər. Bizim kifayət qədər ciddi iqtisadi problemlərimiz var”. Papyanın sözlərinə görə, ölkə iqtisadi kollapsa düşsə, xarici təhdidlərə görə nəticələr daha ağır olacaq.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info