Obamaya mesaj: “Ağıllı telefonunu Rəmallaha gətirmə”
Tarix: 13.03.2013 | Saat: 16:52:00 | E-mail | Çapa göndər


Fələstinli gənclər Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Barak Obamaya müraciətlə “Obama, ağıllı telefonunu Rəmallaha gətirmə, Fələstində 3G texnologiyası yoxdur” yazılmış bilboardlar hazırlayıblar.
ABŞ prezidenti Barak Obamanın bölgəyə səfərinin yaxınlaşması səbəbindən fələstinlilər Obamanın keçəcəyi Qüds-Rəmallah yoluna İsrailin Fələstin xalqına qarşı etdiklərini anladan afişalar asıb, nəhəng bilboardlar yerləşdiriblər.
Qərbi Şeriyadakı gənc qruplar “Obama, ağıllı telefonunu Rəmallaha gətirmə, Fələstində 3G texnologiyası yoxdur” yazılmış nəhəng bilboardlardan birini Obamanın ziyarət edəcəyi gözlənilən Fələstin rəhbərliyinin mərkəzi yaxınına, digərini isə Nablus prospektində bir binanın ətrafına yerləşdiriblər.
Bilboardın dizayneri Mahir Alani “AA” müxbirinə açıqlamasında gənclər arasında belə bir fikrin Obamanın “amerikalılar “Black Berry”siz heç nə edə bilməzlər” sözlərinə cavab olaraq yarandığını və İsrailin təhlükəsizliyi səbəbindən 3G texnologiyasının Fələstin torpaqlarında istifadəsinə icazə verməməsinə diqqət çəkmək istədiklərini deyib.
İsrail ordusunun nəzarət nöqtələri ilə fələstinlilərin hərəkətinə mane olduğuna da diqqət çəkən Alani, Obamaya ictimai media vasitəsilə “əgər Rəmallaha gəlsə, Fələstin dövlət başçısı Mahmud Abbas ilə görüşündən əvvəl 2 saat Kalandiya sərhədində gözləməli olacağını xatırladırıq” mesajını da ötürüb.
Qeyd edək ki, Fələstinin İctimaiyyətlə əlaqələr naziri Səfa Nəsirəddin nazirliyin Fələstində 3G texnologiyasının olmaması səbəbindən Obamanın ağıllı telefonunu ABŞ-da qoymasına istiqamətlənmiş bir kampaniyaya başlayacağını açıqlamışdı.
Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info