Ağdamda eramızdan əvvəl VI-IV əsrlərə aid saxsı qablar aşkar edilib
Tarix: 03.08.2016 | Saat: 15:22:00 | E-mail | Çapa göndər


Ağdam rayonunun Ergi ərazisində eramızdan əvvəl VI-IV əsrlərə aid saxsı qablar - cam, kasa və dolça aşkar edilib. Maddi mədəniyyət nümunələrini Mərzili kəndindən məcburi köçkün İlqar Məmmədov təsərrüfat işləri apararkən tapıb.
Əşyalara baxış keçirən Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Təvəkkül Əliyev bildirib ki, Ergi ərazisində aparılan arxeoloji qazıntılar zamanı hələ 30 il əvvəl bir sıra maddi mədəniyyət nümunələri aşkar olunmuşdu. Lakin son 10 illiklərdə bu ərazilərdə tədqiqat işləri aparılmayıb. Bununla bərabər ərazidə təsərrüfat işləri zamanı çoxlu maddi mədəniyyət nümunələri tapılır. Bu nümunələr yerli sakinlərdə saxlanılır.
Qarabağ bölgəsində çalışan arxeoloqlar Ergi ərazisində ayrı-ayrı evlərdə saxlanılan əşyalarla tanış olublar. Bu əşyaların arasında Əhəməni dövrünə aid cam, kasa və dolça tipli qablar xüsusi əhəmiyyət kəsb edir. Çünki eramızdan əvvəl VI-IV əsrlərə aid belə qablara bu bölgədə çox nadir hallarda rast gəlinir.
Aşkar edilən əşyalar Ağdam Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib. Muzeyin direktoru Ülvi Qədirov bildirib ki, 1962-ci ildə yaradılmış və 2500-dən artıq eksponatın sərgiləndiyi Ağdam Tarix-Diyarşünaslıq Muzeyi Ağdam şəhərinin 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı talan edilib. 2001-ci ildə yerli əhalinin köməyi ilə rayonun işğal edilməmiş ərazilərindən toplanan, bərpa edilən, həmçinin arxeoloji tədqiqatlar nəticəsində tapılan maddi mədəniyyət nümunələrinin hesabına muzey yenidən fəaliyyətə başlayıb. Hazırda Qaradağlı kənd Mədəniyyət Evinin binasında fəaliyyət göstərən muzeydə 1000-dən artıq eksponat sərgilənir.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info