Bağlanan 4 bank üzrə 5 milyon manatadək kompensasiya ödənilib
Tarix: 03.08.2016 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


Lisenziyası ləğv edilən “Parabank” ASC-nin qorunan əmanətçilərinə 2 milyon 273 min 767 manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 847 min 792 manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 397 min 928 manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 440 min 355 manatdan çox kompensasiya ödənilib. Ümumilikdə 4 bank üzrə 4 milyon 959 min 841 manatdan çox kompensasiya ödənilib. Bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) məlumatında bildirilir.
Qeyd edək ki, avqustun 1-dən Əmanətlərin Sığortalanması Fondu "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb. İyulun 25-də sığorta hadisəsi baş vermiş "Dekabank" ASC, "Kredobank" ASC və "Zaminbank" ASC-nin qorunan əmanətçiləri kompensasiyaların ödənilməsi üçün müvafiq olaraq "Dekabank" ASC, "Kredobank" ASC və "Zaminbank" ASC-nin baş ofisinə, "Parabank" ASC-nin qorunan əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət edərək öz əmanətlərini geri ala bilərlər.
Qorunan əmanətçilərin kompensasiya almaq üçün ərizə formalarını sığorta hadisəsi baş vermiş "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-nin filiallarından, Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşən ofisindən və fondun rəsmi internet səhifəsi olan www.adif.az saytından əldə etmələri mümkündür.

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqəsi MDB-də ən yaxşı YDM seçilib
26.09.2018
“Karyerada ilk addım”: 254 vakant iş yeri təqdim edilib
26.09.2018
“Gazprom Neft”in nümayəndələri SOCAR-ın təlim mərkəzləri ilə tanış olub
26.09.2018
Ölkəyə daxil olan nəqliyyat vasitələrinin ölkədəqalma müddətinin ləğvi nəzərdə tutulub
26.09.2018
Bu il Türkiyə Azərbaycandan 3,8 milyard kubmetrədək təbii qaz idxal edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info