Ərdoğan:“ Konstitusiyaya 60 maddə üzrə dəyişikliklər ediləcək”
Tarix: 03.08.2016 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


“Türkiyədə dövlət çevrilişi ilə əlaqəsi olan hər kəs dövlət qurumlarından xaric edilməlidir. Son hadisələrin iştirakçıları arasında on minlərlə yüksək vəzifə sahibi var. Dövlət çevrilişinə cəhd zamanı Türkiyə dünya demokratiyasının indiyədək görmədiyi fərqli mənzərəni ortaya qoydu”. Türkiyə KİV-lər xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliya və Meksika televiziyalarına müsahibəsində deyib.Türkiyə Prezidenti qeyd edib ki, yaxın günlərdə ölkə Konstitusiyasına 60 maddə üzrə dəyişikliklər ediləcək.Baş nazir Binəli Yıldırım da CNN Türk televiziyasına müsahibəsində qarşıdakı günlərdə Türkiyə Konstitusiyasına dəyişikliklər ediləcəyini, bununla bağlı hazırlıq işlərinin görüldüyünü deyib.Çevrilişə dəstək verən qurumlarla bağlı gərgin iş aparıldığını bildirən Baş nazir diqqətə çatdırıb ki, saxlanılanların və həbs edilənlərin ifadələrindən hər gün yeni məlumatlar əldə olunur. O, Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat Xidmətinin daha da təkmilləşdiriləcəyini bildirib. Həmçinin qeyd edib ki, çevriliş cəhdindən sonra 3 min 499 nəfər istefaya göndərilməklə, ümumilikdə 62 min nəfər işindən kənarlaşdırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
İran, Çin və Rusiya birgə hərbi təlimlər keçirəcək
21.09.2019
İraqda partlayış, ölәnlәr var
21.09.2019
Türkiyәnin Milli Müdafiə Nazirliyi mәlumat yayıb
21.09.2019
Boko Haram qruplaşmasının yeddi üzvü dә öldürülüb
21.09.2019
Parisdə polis “Sarı jiletlilər“in aksiyasında 39 nəfəri saxlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info