Ordubadda keçirilən əmək yarmarkasına 145 boş iş yeri çıxarılıb
Tarix: 03.08.2016 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


Ordubad rayonunda növbəti əmək yarmarkası keçirilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Ordubad Rayon Məşğulluq Mərkəzinin direktoru Telman Həsənov çıxış edərək vətəndaşların məşğulluğunun təmin olunmasının, onların sosial müdafiəsinin gücləndirilməsinin, əmək bazarının inkişafının muxtar respublikada daim diqqət mərkəzində saxlanıldığını bildirib.
Telman Həsənov qeyd edib ki, bu baxımdan yeni müəssisələrin fəaliyyətə başlamasına, sahibkarlığın inkişaf etdirilməsinə xüsusi önəm verilir. İşaxtaran vətəndaşların, xüsusilə gənclərin işlə təmin olunması sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri də muxtar respublikada müntəzəm olaraq keçirilən əmək yarmarkalarıdır. İndiyədək təşkil olunan əmək yarmarkalarında yüzlərlə rayon sakini işlə təmin olunub. Cari ildə də bu ənənə davam etdirilir.
Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Əli Heydərov çıxışında bildirib ki, rayonda aparılan tikinti-quruculuq tədbirləri mühüm infrastruktur obyektlərinin yaradılması ilə yanaşı, işaxtaran vətəndaşların da məşğulluq problemlərinin həllinə töhfə verir. Eyni zamanda, idarə və müəssisələrdə müxtəlif ixtisas və peşələr üzrə yaranmış boş iş yerləri qeyri-məşğul əhalinin işlə təmin olunması üçün geniş imkanlar açır.
Sonra yarmarkaya gələnlər onlara təqdim olunan vakant iş yerləri ilə tanış olublar. 18 təşkilatdan 145 boş iş yerinin çıxarıldığı yarmarkada 17 nəfərə işə göndəriş verilib.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info