Ermənistanda hakimiyyətə qarşı etiraz edənlərin sayı artır
Tarix: 03.08.2016 | Saat: 17:43:00 | E-mail | Çapa göndər


Ermənistanda hakimiyyətə qarşı etiraz aksiyaları davam edir. Yerevanın mərkəzi meydanında polis alayının binasını ələ keçirmiş silahlı qrupa növbəti dəfə dəstək aksiyası keçirilib. Etirazçılar həbs olunan fəalların azadlığa buraxılmasını tələb edirlər.Aksiyaya rəhbərlik edən “Təsis parlamenti” hərəkatının üzvü Arutyun Aslamazyan çıxışında silahlı qrupun üzvlərinin tezliklə azad olunaraq yenidən mübarizəyə qatılacaqlarına ümid etdiyini bildirib.Aksiya iştirakçıları həbs edilmiş siyasi partiya fəallarının azadlığa buraxılmasını da tələb ediblər. Armavir şəhərində də yüzlərlə sakin həbs olunmuş etirazçıların müdafiəsi üçün aksiya keçirib. Sakinlər Armavir-Yerevan yolunu kəsiblər.Avropa İttifaqının Ermənistandakı müvəqqəti işlər müvəkkili Andrea Xalupova və ABŞ-ın ölkədəki səfirliyinin şöbə müdiri Metyu Yussen Ermənistanın ombudsmanı Arman Tatoyanla keçirilən görüşdə son hadisələri müzakirə ediblər. Avropa İttifaqının Yerevandakı nümayəndəliyindən verilən məlumata görə, tərəflər gücdən istifadəni pisləyiblər. Görüşdə polisin gücdən həddindən çox istifadə etməsi və kütləvi saxlanmalar kimi hallar da müzakirə edilib. Bu halların şəffaf araşdırılmasının vacibliyi vurğulanıb.Erməni-Amerika Şurası da Ermənistan polisinin və mülki geyimli naməlum şəxslərin söz azadlığı və sərbəst toplaşma hüquqlarından istifadə edən vətəndaşlara və vəzifə borcunu yerinə yetirən jurnalistlərə qarşı zor tətbiqini kəskin pisləyib. Şuranın yaydığı bəyanatda qeyd olunur ki, Ermənistandakı avtoritar rejim tərəfindən dinc etirazçılara qarşı misli görünməmiş qəddarlıq göstərilməsi gözlənilən idi. Bundan başqa, şura ABŞ Dövlət Departamentini qanlı hadisələrə görə məsuliyyət daşıyan məmurların və polis rəhbərliyinin cəzalandırılmayacağı təqdirdə Ermənistan hökuməti ilə əməkdaşlığı dayandırmağa çağırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info