Rəsmi Ankaranı qınayan kansler tənqid atəşinə tuş gəldi
Tarix: 03.08.2016 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


Avstriyanın yeni kansleri Kristian Kern uğursuzluqla nəticələnən qiyamdan sonra rəsmi Ankaranın siyasətinə münasibətdə bir sıra kəskin fikirlərindən sonra sosial şəbəkələrdə öz ünvanına tənqid dalğası ilə üzləşib. Sosial şəbəkə istifadəçilərinin hiddətini son illərdə Avropa üçün çox səciyyəvi olan bir mövqe - qiyamçıların Konstitusiyaya zidd hərəkətlərinin pislənməsi əvəzinə nə üçünsə hökumətin demokratiya və qanuniliyin müdafiəsi istiqamətində ədalətli addımlarının tənqidə məruz qaldığı ikili standartlar mövqeyi hiddətləndirib.Türkiyə icması kanslerə özünü Prezident Rəcəb Tayyib Ərdoğanın yerinə qoymağı və onun yerində olacağı təqdirdə özünün necə hərəkət edəcəyi barədə düşünməyi təklif edib.Kristian Kern buna cavab olaraq Avstriyada yaşayan bütün Türkiyə vətəndaşlarını “Avstriya həyat tərzinə hörmətlə yanaşmağa” çağıraraq vurğulayıb ki, onlara nümayişə çıxmaq hüququ verilir. “Avstriya həyat tərzi” dedikdə, görünür, qiyamçılara gizli rəğbət hissləri və qanuni hökumətin konstitusionallığın bərpası istiqamətində addımlarının açıq tənqid edilməsi nəzərdə tutulur.Avstriya hökuməti başçısının “Twitter” səhifəsində qarşılaşdığı məlumatlar arasında, məsələn, milyonlarla suriyalı qaçqının yolunu kəsən Türkiyənin sərhədlərinin açılması kimi hədələr var. Kanslerin “Twitter” səhifəsinə daim “Biz sizin günahınız üzündən öz ev-eşiyindən didərgin düşmüş milyonlarla suriyalını Avropaya getmək istədikləri halda öz evimizdə saxlamağa borclu deyilik”, “Bəsdir türklərə yuxarıdan aşağı baxdınız!”, “Təkəbbürünüzü kənara qoyun!” kimi məlumatlar daxil olur.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info