B.Albayrak: “SOCAR-ın fəaliyyəti Türkiyə hökuməti tərəfindən tam dəstəklənir”
Tarix: 03.08.2016 | Saat: 19:44:00 | E-mail | Çapa göndər


SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrakla görüşüb. SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, avqustun 2-də Ankarada Beynəlxalq İnvestorlarla Yüksək Səviyyəli İqtisadi Dialoq toplantısında iştirak edən SOCAR-ın prezidenti R.Abdullayev tədbirdən sonra Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyində nazir Berat Albayrakla görüşüb. Görüşdə nazir SOCAR-ın qardaş ölkədə həyata keçirdiyi layihələrin gedişi və Türkiyə şirkətlərinin iştirakı ilə Azərbaycanda həyata keçirilən layihələrin icrası ilə maraqlanıb. Görüşdə SOCAR-ın investisiya layihələrinin qrafikə uyğun şəkildə icra olunduğu, Türkiyənin ictimai-siyasi həyatında baş verən son hadisələrin işlərin gedişinə mane olmadığı və bütün layihələrin əvvəlcədən planlaşdırıldığı kimi, normal qaydada həyata keçirildiyi bildirilib.
SOCAR-ın Türkiyədə həyata keçirdiyi layihələr, xüsusilə də TANAP və “Star” layihələri çərçivəsində inşaat işlərinin gedişindən məmnunluğunu bildirən B.Albayrak bu layihələrin hər iki dövlət üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Görüşdə 15 iyul hadisələrindən sonra Türkiyədə bir sıra şirkətlərdə, o cümlədən, “Petkim”də dövlət orqanları tərəfindən aparılan bəzi tədbirlərlə bağlı məsələlərə də toxunulub, bunun SOCAR-ın fəaliyyəti ilə heç bir əlaqəsinin olmadığı, yalnız Türkiyədəki son hadisələrdən sonra hökumətin ümumi araşdırma tədbirləri çərçivəsində həyata keçirildiyi vurğulanıb.
Türkiyənin enerji və təbii sərvətlər naziri SOCAR-ın Türkiyədə ən iri investorlardan biri olduğunu, şirkətin fəaliyyətinin Türkiyə hökuməti tərəfindən tam dəstəkləndiyini bir daha nəzərə çatdırıb.
Görüşdə Türkiyədə SOCAR-ın fəaliyyətinin genişləndirilməsi üçün yeni investisiya perspektivlərinin bir sıra aspektləri də müzakirə olunub.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info