Güllü Əhmədova: “İKT-nin tətbiqi kitabxanalarımızın iş məhsuldarlığını xeyli artıracaq”
Tarix: 03.08.2016 | Saat: 19:58:00 | E-mail | Çapa göndər


“İKT-nin kitabxana sistemlərində tətbiqi, bu sahənin yerinə yetirdiyi işlərin miqyasını xeyli artırır. Kitabxanalarda İKT texnologiyalarının tətbiqi və sürətli inkişafı kitabxana şəbəkəsində köklü dəyişikliklərə səbəb oldu”
Bu gün İnformasiya kommunikasiya texnologiyaları (İKT) ölkənin davamlı və dayanıqlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin irəliləməsi, korrupsiya ilə mübarizə, yoxsulluq və işsizliyin azaldılması, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir. Dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələrdə yeni dəyərlər yaradan İKT ictimai-iqtisadi münasibətlərin vacib tərkib hissəsinə çevrilməkdədir. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığının mövcudluğu, elektron qəzet və jurnalların, xarici və daxili sosial şəbəkələrin geniş yayılması İKT-nin cəmiyyətə verdiyi yeni imkanlardır. Ölkəmizdə bu istiqamətdə əldə olunmuş nəticələr, informasiya cəmiyyətinin əsaslarının yaradılması, vətəndaşlar, cəmiyyət, özəl sektor və dövlət orqanları tərəfindən İKT-dən geniş istifadə fəaliyyət istiqamətlərinin planlaşdırılması üçün əlverişli şərait yaradır. Azərbaycanda İKT-nin inkişaf etdirilməsi üçün görülən işlər nəticəsində ölkənin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası, sosial və iqtisadi fəaliyyətin yeni formalarının (e-hökumət, e-ticarət, distant təhsil və s.) təşəkkül tapması, informasiya və bilik bazarının yaradılması, iqtisadiyyatın müxtəlif sahələrində səmərəliliyin artırılması, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Ölkə başçısı tərəfindən təsdiq edilən Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyası da bu sahədə həyata keçirilən tədbirlərdəndir. Strategiyanın “Milli kontentin inkişaf etdirilməsi” ilə bağlı bənddə göstərilir ki, informasiya cəmiyyətinin inkişafı şəraitində milli kontentin genişləndirilməsinə, ölkəmizin milli-mədəni irsinin qorunub saxlanılmasına və inkişafına, əhalinin ondan müasir texnologiyalar vasitəsilə istifadəsinə və bilik səviyyəsinin artırılmasına diqqət yetirilməsi vacibdir. Bu sahədə əsas fəaliyyət istiqamətlərindən biri də kitabxana, arxiv və muzeylərdə İKT-nin tətbiqinin, elektron kitabxana şəbəkəsinin genişləndirilməsidir. Bu gün nəinki paytaxtda, bölgələrimizdə də elektron kitabxana sisteminin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Layihə çərçivəsində müsahibimiz Qax rayon MKS direktoru Güllü Əhmədovadır:
- Kitabxanaların elektronlaşdırılması oxucular üçün hansı imkanlar yaradır?
- Bu gün dünyada fəaliyyət göstərən kitabxanalar üçün kitabxana işinin təkmilləşməsi, kitabxananın müasir səviyyəyə uyğun qurulması, ilk növbədə isə avtomatlaşdırılması zəruridir. Kitabxanaların avtomatlaşdırılması oxuculara yüksək elektron xidmət, oxucu sorğusunun online yerinə yetirilməsini, kitabxana fondunun operativ yeniləşməsi, oxucu tələbatına uyğun komplektləşdirilməsini, oxuculara xidmət və s. təmin edir. Kitabxana işinin avtomatlaşdırılması kitabxana fondlarının tədricən müasir informasiya daşıyıcılarına köçürülməsi, internetdən istifadə oxucuların son informasiya ilə məlumatlandırılmasına xidmət edir. Avtomatlaşdırma olmayan kitabxana müasir kitabxana sayıla bilməz.
İKT-nin kitabxana sistemlərində tətbiqi, bu sahənin yerinə yetirdikləri işlərin miqyasını xeyli artırır. Kitabxanalarda İKT- Kompüter texnologiyalarının tətbiqi və sürətli inkişafı kitabxana şəbəkəsində köklü dəyişikliklərə səbəb oldu. Ənənəvi kitabxanalarda oxucu ədəbiyyatı sifariş etmək üçün kataloq qarşısında xeyli vaxt sərf edirdi. Oxumaq istədiyi kitabın sifarişini vermək üçün isə kitabın məlumatlarını əllə tələbnaməyə yazırdı. hazırda isə İKT-nin köməyi ilə Elektron kataloq modulu ilə oxucular lazım olan ədəbiyyat haqqında dəqiq məlumatı qısa müddətdə əldə edə bilir.
Respublikada Vahid Mərkəzləşdirilmiş Kitabxana Portalı fəaliyyət göstərir. Elektron portalda ölkənin bütün kitabxanalarının saytları yer alıb. Burada kitabxana haqqında məlumat almaq, kitabxana ilə bağlı xəbərlər, elanlar və tədbirlərlə tanış olmaq, fonda yeni daxil olan kitablar və s. barədə informasiya əldə etmək mümkündür. Bundan başqa, portalda, oxucular öz rayonlarında yerləşən kitabxanada qeydiyyatdan keçə, sonradan almaq üçün kitab sifariş edə, həmçinin şəxsi kabinetdə sifariş edilmiş və geri qaytarılmalı olan kitablar barədə məlumat əldə edə bilər. Həmin saytlar vasitəsi ilə kitabxanaların xidmətindən insanlar yararlana bilirlər
- Sizin kitabxananın ölkənin digər kitabxanaları ilə əlaqələri necə qurulub?
- Respublikada öz ziyalıları ilə seçilən bölgələrdən biri də Qax rayonudur. Rayon əhalisinə kitabxana xidməti təşkil edən C.Cabbarlı adına Mərkəzi Kitabxanası İKT-nın tətbiqi vasitəsi ilə ölkənin bütün MKS-ləri ilə əlaqə saxlaya bilir, bir- biri ilə fikir mübadiləsi edirlər. İstifadəçilərə virtual xidmət göstərilir. Oxucular kitabxananın saytı http://gakh.cls.az/ vasitəsi ilə “ Kitablar” bölməsinə daxil olmaqla istədikləri kitabı pdf elektron formada oxuya bilərlər. Kitabxana qrupu vasitəsi ilə kitabxanaçılar bir-biri ilə təcrübə mübadiləsi edirlər. Respublikanın aparıcı kitabxanaları, o cümlədən xarici ölkə kitabxanaları, onların fəaliyyəti ilə tanış ola bilirlər. Kənd kitabxana filialları sosial şəbəkədə öz səhifələri vasitəsi ilə oxucularına virtual xidmət təşkil edirlər.
- Bu gün kitabxanalarda İKT-nin tətbiqi kitabxana və informasiya xidmətinin keyfiyyətini daha da yaxşılaşdırılacaqmı?
- Elektron kitabxana ümumi istifadə üçün açıq olan lokal və uzaq məsafədə yerləşən, paylanmış informasiya ehtiyatlarına malikdir. Elektron kitabxanaların informasiya ehtiyatı rəqəmli formada hazırlanmış müxtəlif formatlı sənədlərdən ibarətdir. Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında» sərəncam və “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” kitabxanalarımızın fəaliyyətinin başlıca istiqamətini təşkil edir . Həmin sərəncama əsasən, Azərbaycan kitabxanaları ən yaxın zamanda tam modernləşdirilməli, yeni texnoloji avadanlıqlarla təmin edilməsini qarşıya qoyub. “Azərbaycan Respublikasının şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin, müstəqil kitabxanaların, şəhər, qəsəbə və kənd kitabxana filiallarının, habelə şəhər, qəsəbə kütləvi, uşaq və gənclər kitabxanalarının nümunəvi strukturu və ştat vahidləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 11 oktyabr tarixli 162 nömrəli qərarında kitabxanalarda kitabxana biblioqrafiya proseslərinin avtomatlaşdırma şöbəsi, İnformasiya resurs şöbəsi, multimedia mütəxəssisi, proqramçı ştatları yaradılıb. Ölkənin bütün MKS-lərində yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALİSA proqramı tətbiq olunur.
“Microsoft” şirkətinin prezidenti Bill Geytsin fikrincə, gələcəkdə informasiya texnologiyaları insanların asudə vaxtını zənginləşdirəcək, mədəni həyatını fəallaşdıracaq, cürbəcür məlumatlar almaq imkanlarını genişləndirəcək. İnsanlar asanlıqla kompüter şəbəkələrində görüşərək müzakirələr aparacaqlar. Şəbəkələr həm insanları bir-birinə yaxınlaşdıracaq, əhalinin əsas məşğuliyyəti idman və kompüter olacaq.
Bu gün kitabxanalarda İKT-nin tətbiqi onu göstərir ki, kitabxanalarımızın iş məhsuldarlığı xeyli artırılacaq, dünya kitabxana sistemləri ilə inteqrasiya problemləri, eləcə də kitabxanalararası informasiya mübadiləsi məsələləri həll olunacaq, oxuculara göstərilən kitabxana və informasiya xidmətinin keyfiyyəti daha da yaxşılaşdırılacaq.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info