Misir mətbuatı Metsamorun yaratdığı təhlükələrdən yazıb
Tarix: 03.08.2016 | Saat: 20:15:00 | E-mail | Çapa göndər


Misirin “Yaşasın Misir” qəzeti, “Asiyaelyoum” agentliyi, “Elaph” internet qəzeti Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının Qafqaz regionu, habelə bütün dünya üçün təhlükə mənbəyi olması barədə məqalə yayıb. Məqalədə Metsamor AES-in yaratdığı təhlükələr, son zamanlar nüvə və radioaktiv materialların qaçaqmalçılığında Ermənistanın xüsusi rol oynaması ilə bağlı faktlar diqqətə çatdırılır.
Məqalədə müasir dövrdə atom elektrik stansiyalarının beynəlxalq təhlükəsizlik qarşısında duran əsas problemlərdən biri olduğu, nüvə terrorçuluğunun beynəlxalq sülhə və təhlükəsizliyə çox ciddi təhdidlər yaratdığı, nüvə enerjisi məsələsinin daha çox nüvə qəzaları ilə gündəmə gəlməkdə olduğu qeyd edilir.
XX əsrin ən dəhşətli faciələrindən biri hesab olunan Çernobil fəlakətinə, 2011-ci il martın 11-də Yaponiyada baş vermiş şiddətli zəlzələ nəticəsində “Fukusima-1” Atom Elektrik Stansiyasında baş verən sizmaya toxunularaq, Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının dünyadakı ən təhlükəli stansiyalardan biri olduğu diqqətə çatdırılır, onun tarixindən, törətdiyi fəsadlardan, region və dünya üçün ciddi təhlükə olmasından bəhs edilir.
Cənubi Qafqaz kimi geostrateji əhəmiyyətli, müxtəlif maraqların toqquşduğu, Şərq ilə Qərb arasında siyasi-iqtisadi baxımdan önəmli dəhlizin təhlükəsizliyi məsələsinin Qərb dövlətlərini də narahat etməli olduğunu bildirən müəllif region dövlətlərindən birində baş verən hər hansı bir fəlakətin bu və ya digər dərəcədə bölgənin digər dövlətlərinə də təsir göstərəcəyini qeyd edir. Digər tərəfdən, Metsamorun köhnə olması, müasir AES-lərdən geridə qalması vurğulanaraq, Ermənistanın 35 yaşlı reaktorunun regionu hansı miqyasda təhlükə ilə üz-üzə qoyduğu təkcə region dövlətlərini deyil, beynəlxalq aləmi də düşündürməli olduğu diqqətə çatdırılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
Angela Merkel Vladimir Zelenski ilə görüş zamanı özünü pis hiss edib
18.06.2019
Yaponiya Səudiyyə Ərəbistanı ilə iqtisadi əməkdaşlığı genişləndirir
18.06.2019
ABŞ İrana görə Yaxın Şərqə əlavə qoşun göndərməyə hazırlaşır
18.06.2019
David Zalkaliani: Azərbaycan Gürcüstanın əsas strateji tərədaşıdır
18.06.2019
Türkiyə və Rusiya müdafiə nazirləri İdlibdəki vəziyyəti müzakirə ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10807

1 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
2 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Çilidə güclü zəlzələ olub
5 Diaspor rəhbərinə Rusiya Prezidentinin fəxri fərmanı təqdim olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info