Tələbələr “Metropoliten”də təcrübə keçirlər
Tarix: 03.08.2016 | Saat: 21:08:00 | E-mail | Çapa göndər


Ölkənin ali təhsil müəssisələrinin savadlı, bacarıqlı və hazırlıqlı tələbələrindən ibarət SABAH qrupu iştirakçıları "Bakı Metropoliteni"ndə təcrübə kurslarına başlayıb. 
Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, kursların keçirilməsində məqsəd tələbələrin fərdi və peşəkar inkişafına dəstək olmaq, həmçinin akademik və iş mühitləri arasında əlaqələri möhkəmlətmək üçün “Bakı Metropoliteni” QSC-nin müvafiq struktur bölmələrində onların yiyələnəcəkləri ixtisaslar üzrə təcrübə toplamasıdır.  
Qeyd edək ki, Azərbaycan gənclərinin inkişafına dəstək olmaq və əmək bazarının tələblərinə uyğun mütəxəssislərin yetişdirilməsində zəruri işlər görmək metropolitenin mütəmadi həyata keçirdiyi layihələrdəndir. Təhsil Nazirliyinin təşəbbüsü və “Bakı Metropoliteni” QSC ilə birgə əməkdaşlıq çərçivəsində tələbələrin metropolitendə təcrübə keçmələri bu addımların davamıdır.
Layihəyə uyğun olaraq, metropolitenin müvafiq struktur bölmələrində Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin SABAH qrupuna daxil olan tələbələrinə ixtisasları üzrə müvafiq sahələrdə təcrübə toplaması üçün bütün şərait yaradılıb. Təcrübə bir ay müddətində davam edəcək. Kursun sonunda iştirakçılara “Bakı Metropoliteni” QSC-də təcrübə keçmələrinə dair xasiyyətnamə təqdim olunacaq ki, bu da metropolitendə çalışmaq arzusunda olan gənclərə verilən növbəti dəstəkdir.  
Ümumiyyətlə, “Bakı Metropoliteni” QSC artıq iki ildir ki, ölkənin aparıcı ali təhsil ocaqları ilə qarşılıqlı razılaşma əsasında əhəmiyyətli tədbirlər həyata keçirir. Hazırda “Bakı Metropoliteni” QSC ilə Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında qarşılıqlı əməkdaşlıq müqavilələri mövcuddur.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Bakının yeni “Xanlar Parkı“ yaradılacaq
23.08.2019
Azərbaycanda bu məhsulların qiymətləri ucuzlaşdı
23.08.2019
Bu il artıq 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
22.08.2019
500 nəfər əlilliyi olan şəxsə kiçik biznesini qurmaq imkanı yaradılır
21.08.2019
Bakıda yeni liftlərin quraşdırılması davam edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info