“Ermənistandakı dərin böhran Sərkisyanın hakimiyyəti dövründə yaranıb”
Tarix: 04.08.2016 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


Qorxuya düşən Sərkisyan avqustun 10-da Moskvaya
səfər edəcək


“Sizə müraciət edərək xalqın iradəsinə qarşı sayıqlıq göstərməyə, onu aqressiv güclə dayandırmaq cəhdindən çəkinməyə çağırış edirik. Unutmayın ki, yanlış hər bir addım ölkədəki vəziyyətin daha da pisləşməsinə gətirib çıxara bilər”.
Bu fikirlər Ermənistanın Belçikadakı icmasının ölkə prezidenti Serj Sərkisyana göndərdiyi açıq məktubda yer alıb. “Armİnfo”nun yaydığı bu müraciətdə icma nümayəndələri Ermənistanda baş verən son hadisələrlə bağlı öz narazılıq və narahatlıqlarını ifadə ediblər. İcmanın müraciətində qeyd edilir ki, hələ 1923-cü ildə təşəkkül tapan Belçika icması bu vaxta qədər heç vaxt Ermənistan Respublikasının daxili işlərinə müdaxilə etməyə cəhd etməyib: “Lakin Ermənistanda baş verən son hadisələr bizi xüsusi bəyanatla çıxış etməyə məcbur edir. Ermənistanın Belçikadakı icması ölkə polisinin öz xalqının nümayəndələrinə, jurnalistlərə qarşı göstərdiyi zorakılığı qınayır. Bizə çatan məlumatlara görə, polisin aqressiv fəaliyyəti nəticəsində çoxlu sayda insan ciddi xəsarətlər alaraq xəstəxanalara yerləşdirilib. Fikrimizcə, polisin bu hərəkətlərə yol verməsinə heç cür haqq qazandırmaq olmaz. Cənab prezident, unutmayın ki, ölkədə yaşanan dərin siyasi böhran məhz sizin hakimiyyətiniz dövründə dərin təşəkkül tapıb. Hazırda Ermənistanda baş verənlər siyasi xarakter almaqdadır və onu siyasi yolla həll etməyə çalışmaq lazımdır. Ona görə də, biz sizə açıq məktubla müraciət etmək məcburiyyətində qalaraq, xalqa qarşı hörmət nümayiş etdirməyə, xalqın istəyinə qarşı zorakı gücdən yayınmağa çağırış edirik. Sizə xalqın səsinə qulaq asmağa, onların tələblərini ancaq danışıqlar yolu ilə həll etməyə çağırış edirik”. Ermənistanı demokratik dəyərlərdən uzaq görən Belçika icması Sərkisyandan bütün səylərini qanunun aliliyinə hörmət əsasında həyata keçirməyi tələb edib. Erməni-Amerika Şurası da Ermənistan polisinin və mülki geyimli naməlum şəxslərin söz azadlığı və sərbəst toplaşma hüquqlarından istifadə edən vətəndaşlara və vəzifə borcunu yerinə yetirən jurnalistlərə qarşı zor tətbiqini kəskin pisləyib. Şuranın yaydığı bəyanatda qeyd olunur ki, Ermənistandakı avtoritar rejim tərəfindən dinc etirazçılara qarşı misli görünməmiş qəddarlıq göstərilməsi gözlənilən idi. Bundan başqa, şura ABŞ Dövlət Departamentini qanlı hadisələrə görə məsuliyyət daşıyan məmurların və polis rəhbərliyinin cəzalandırılmayacağı təqdirdə Ermənistan hökuməti ilə əməkdaşlığı dayandırmağa çağırıb. Avropa İttifaqının Ermənistandakı müvəqqəti işlər müvəkkili Andrea Xalupova və ABŞ-ın ölkədəki səfirliyinin şöbə müdiri Metyu Yussen Ermənistanın ombudsmanı Arman Tatoyanla keçirilən görüşdə son hadisələri müzakirə ediblər. Avropa İttifaqının İrəvandakı nümayəndəliyinin yaydığı məlumata görə, tərəflər gücdən istifadəni pisləyiblər. Görüşdə polisin gücdən həddindən çox istifadə etməsi və kütləvi saxlanmalar kimi hallar da müzakirə edilib. Bu halların şəffaf araşdırılmasının vacibliyi vurğulanıb.
Qeyd edək ki, çətin günlər keçirən Ermənistan prezidenti çıxış yolunu yenə də Moskvada görür. “RİA Novosti”nin yaydığı məlumata görə, Serj Sərkisyan Moskvaya işgüzar səfər edəcək. Səfərin avqustun 10-da gerçəkləşəcəyi bildirilir. Ermənistanın müxalif “İrs” partiyasının lideri Raffi Ovannisyan isə “news.am”a bildirib ki, Ermənistanda normal siyasi proseslər vasitəsilə fövqəladə xarakterli məsələlərin həllinə nail olumasa, ölkədə “Sasna çer” adlı yeni silahlı qruplaşmalar yaranacaq. O bildirib ki, hər bir Ermənistan vətəndaşı “Sasna çer” üzvü ola bilər: “Lakin onlar bizim ölkəmizi işğal edən qalstuklu terrorçulara qarşı vuruşan antiterrorçular olacaq. Əgər indiki vəziyyətin dəyişməsinə nail olmasaq, o zaman heç kim sərhədlərimizdəki itkilərə təəccüblənməsin”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info