“Azərbaycan Qazaxıstanda lazımi səviyyədə təmsil olunur”
Tarix: 04.08.2016 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


İntiqam Abışov:
“Azərbaycanla Qazaxıstanın parlamentlərarası əlaqələri yüksək səviyyədədir”
Qazaxıstanda insanların milli, dini, irqi zəmində heç bir problemi yoxdur. Bu ölkədə bacarığı sayəsində yüksək pillədə qərar tutmuş çoxlu azərbaycanlı var. Elə müsahibimiz İntiqam Abışov da Qazaxıstan Respublikasının Karaqanda vilayətində yeni seçilmiş gənc deputatdır. Qeyd edək ki, İ.Abışov 1982-ci ildə Qazaxıstan Respublikasının Temirtau şəhərində anadan olub. O, 1998-2003-cü illərdə Karaqanda Dövlət Universitetində hüquqşünaslıq üzrə təhsil alıb. Daha sonra 2003-2005-ci illərdə Qazaxıstan - Rusiya Universitetində təhsilini davam etdirib. Bir il Londonda SelsCollecdə dil kursu keçib. Hazırda TemirtauAssociates and Ancillaries-də bölmə rəisi olaraq çalışır. Hobbisi şahmat oynamaqdır. Ailəlidir, iki övladı var.
-Qazaxıstanda azərbaycanlılar kifayət qədər rəsmi orqanlarda təmsil olunurlarmı?
-Ümumi olaraq Qazaxıstan Respublikasında demoqrafik cəhətdən seçilən Azərbaycan diasporu mədəni və ictimai fəaliyyətlə məşğul olur. Hüquq, iqtisadiyyat, ictimai işlər, texniki, elmi və digər sahələrdə çalışan soydaşlarımızın müəyyən hissəsi öz peşəsi üzrə xeyli qabağa gedərək, mühüm postları tutublar. Həmçinin Qazaxıstan Respublikasının Karaqanda vilayətində də rəsmi orqanlarda azərbaycanlılar kifayət qədər təmsil olunurlar.
-Rəsmi Qazaxıstan hökuməti tərəfindən diasporumuza hansı münasibət göstərilir?
-Qazaxıstan hökuməti tərəfindən bizim diasporumuza hər bir məsələdə çox böyük diqqət göstərilir. Hər hansı məsələnin həll olunması üçün kömək edilir.
-Qazaxıstanın ictimai-siyasi işlərində diasporumuz hansısa fəallıq göstərə bilirmi?
- Azərbaycan diasporunun nümayəndələri Qazaxıstan Respublikasının ictimai-mədəni həyatında fəal iştirak edirlər. Onların arasında ölkəmizin elm və təhsilinin inkişafına qiymətli töhfə vermiş görkəmli elm xadimləri var. Qazaxıstan Respublikasının Karaqanda vilayətində də soydaşlarımız ictimai həyatda fəallıq göstərirlər. Ümid edirəm ki, bundan sonra da həmyerlilərimiz bu aktivliyi saxlayacaqlar.
-Millət vəkili olaraq azərbaycanlıların hər hansı problemini parlamentdə qaldıra bilirsizmi?
-Qanun əsasında olan hər bir problemə, məsələyə Parlamentdə baxıla bilər.
-Qeyri-qazax millət vəkili olaraq yerli xalqın sizə münasibəti necədir?
-Mən Qazaxıstan vətəndaşı olduğum üçün (burada anadan olub, böyüyüb, boya-başa çatdığım, buranın ana dilini bildiyim üçün) yerli millətdən heç də seçilmirəm. Onların dilini, dinini, qayda-qanunlarını bilib hörmətlə yanaşdığım üçün münasibətləri çox yaxşıdır.
-Azərbaycanda hər hansı deputatla əlaqələriniz varmı?
-Bu vəzifədə yeni olduğum üçün Azərbaycan Respublikasının heç bir millət vəkili ilə tanışlığım və dostluq əlaqəm yoxdur.
-Ümumiyyətlə, iki ölkənin parlamentlərarası əlaqələri hansı səviyyədədir?
-Hər iki dövlətin parlamentlərarası əlaqələri yüksək səviyyədədir.
-Azərbaycan Qazaxıstanda lazımi səviyyədə təbliğ olunurmu?
-Bəli, Azərbaycan Qazaxıstanda lazımi səviyyədə təmsil olunur.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info