“Heç bir festivalda belə gözəl təşkilatçılığın şahidi olmamışam”
Tarix: 04.08.2016 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


“Qəbələ festivalının proqramı çox zəngindir. Tamaşaçılar hər gün kamera musiqisi zalında və açıq havada keçirilən 2-3 konsertdə iştirak etmək imkanına malikdirlər. Əsas odur ki, keçirilən konsertlərə dinləyicilərin marağı böyükdür. Hər konsertdə 1000-dən çox tamaşaçının iştirak etməsi böyük uğurdur”.
Bu sözləri Heydər Əliyev Fondunun təşkil etdiyi VIII Qəbələ Beynəlxalq Musiqi Festivalında çıxış edən Kubanın “Jovenes Clasikos Del Son” Ansamblının rəhbəri Joze Manuel Rodrigues Arias deyib. O, festivalın yüksək səviyyədə keçməsi üçün hər kəsin əlindən gələni etdiyini bildirib: “Heç bir festivalda belə gözəl təşkilatçılığın şahidi olmamışam. Dinləyici auditoriyasında müxtəlif yaşda olan insanları görmək çox gözəldir. Burada biz həm gənclərin, həm də yaşlı nəslin nümayəndələrinin iştirakının şahidi olduq. Çox ölkələrdə belə hala rast gəlinmir, auditoriyanı, adətən, yaşlı insanlar təşkil edir. Amma Qəbələdəki musiqi tədbirində gənclər çoxluq təşkil edir”. Kubalı musiqiçi deyib: “Festivalın Qəbələdə, yaşıl meşəli dağlar arasındakı mənzərəli məkanda keçirilməsi mükəmməl ideyadır. Burada olmağımızdan şərəf hissi duyuruq. Qəbələdə insanların bizə isti münasibətini gördük. Konsertdə tamaşaçıların bizimlə bərabər rəqs etməsi hər kəsə xoş təsir bağışladı”.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info