600-dən çox bal toplamış məzunlarla görüş
Tarix: 04.08.2016 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


Bakının Nizami rayonundakı 129 nömrəli məktəbdə ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplamış məzunlarla görüş keçirilib. Görüşdə məktəbin direktoru Esmira Quliyeva məzunları əldə etdikləri bu böyük nailiyyət münasibətilə təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb. Bildirilib ki, bu il təhsil ocağını bitirən 60 məzundan 52-si qəbul imtahanlarında 300-dən çox bal toplayıb. Məzunlardan doqquzu 500-dən, dördü isə 600-dən çox bal toplayıb. Qeyd edilib ki, ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi milli təhsil quruculuğu və islahatları öz töhfələrini verməkdədir. Yeni məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-tədris bazalarının möhkəmləndirilməsi, informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinə müsbət təsirlərini göstərir. Məktəbin direktoru yeni tədris ilində nailiyyətləri daha da artıracaqlarını bildirib. Çıxış edən məzunlar ölkəmizdə təhsilin inkişafına və gənclərə göstərilən diqqət və qayğıdan bəhs edib, dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Onlar Vətənimiz və xalqımız üçün layiqli vətəndaş olmağa çalışacaqlarını qeyd ediblər.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Paytaxtın bəzi rayonlarının təbii qaz təchizatında məhdudiyyət olacaq
22.01.2019
Gələcəkdə “BakıKart”ların balansının onlayn artırılması mümkün olacaq
22.01.2019
“Bakcell”dən 6 bölgənin sakinlərinə 5 GB PULSUZ İnternet!
22.01.2019
Azərbaycanda tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza formalaşdırılıb
22.01.2019
Mübariz Qurbanlı şimal bölgəsindən olan sakinlərin müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info