Azərbaycan ilə ABŞ-ı çoxşaxəli əməkdaşlıq münasibətləri birləşdirir
Tarix: 04.08.2016 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


“Bu gün Azərbaycan ilə Birləşmiş Ştatları dostluq əlaqələri üzərində qurulmuş sıx və çoxşaxəli əməkdaşlıq münasibətləri birləşdirir. Ölkələrimiz arasında qarşılıqlı surətdə faydalı əməkdaşlıq həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə uğurla davam edir. Enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində əlaqələrimiz yüksələn xətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. Qlobal təhdidlərə və terrorizmə qarşı mübarizə sahəsində səmərəli əməkdaşlığımız məmnunluq doğurur”.
Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamaya ad günü münasibətilə ünvanladığı məktubda öz əksini tapıb. Məktubda ikitərəfli münasibətlərimizin hazırkı səviyyəyə yüksəlməsində, əməkdaşlığımızın gündən-günə genişlənməsində ABŞ Prezidentinin xidmətlərinin böyük olduğu vurğulanır. Prezident İlham Əliyev inandığını bildirir ki, Azərbaycan ilə Birləşmiş Ştatlar arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək. “Eyni zamanda biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə ədalətli həlli istiqamətində ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatların və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik. Belə əlamətdar gündə bir daha Sizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, fəaliyyətinizdə uğurlar diləyirəm”, - deyə Azərbaycan Prezidenti məktubda qeyd edir.




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Müxalifətdaxili ziddiyyətlər nə zaman bitəcək?
22.04.2019
Azərbaycan Respublikası Burundi qaçqınlarına yardım edib
22.04.2019
51 icra məmuru ədliyyə orqanlarından xaric edilib
22.04.2019
“Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”
20.04.2019
ABŞ səfiri Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti mümkün görüşünü alqışlayır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info