Sənaye aktivlərindən səmərəli istifadə daha çox dəyər yarada bilər
Tarix: 04.08.2016 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində alt işçi qrupun müzakirəsində sənayenin xammal təchizatı, kadr hazırlığı, bazarlara çıxış və maliyyə təminatının yaxşılaşdırılması istiqamətində təkliflər verilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" çərçivəsində "Ağır sənaye və maşınqayırma" mövzusunda alt işçi qrupunun müzakirəsi keçirilib.
Mərkəzdən verilən məlumata görə, müzakirələrdə Prezident Administrasiyası, İqtisadiyyat Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri və iri sənaye qurumlarının rəhbərləri iştirak ediblər. Müzakirələrdə qeyd edilib ki, işlək və işləməyən sənaye aktivlərindən səmərəli istifadə daha çox dəyər yarada bilər. Sənayenin xammal təchizatı, kadr hazırlığı, bazarlara çıxış və maliyyə təminatının yaxşılaşdırılması istiqamətində təkliflər verilib. Qeyd edilib ki, Azərbaycanda metallurgiya, neft-kimya, maşınqayırma, elektrik avadanlıqları, tikinti materialları, ərzaq sənayesi kimi sahələrin inkişaf potensialı var. Alt işçi qrupunun müzakirələri zamanı səslənən təkliflər sistemləşdirilərək "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" sənədində nəzərə alınması üçün təqdim edilib.
Anar




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Yekaterinburqda “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” təqdimatı olunub
19.04.2019
Qış havası olacaq: şimşək çaxacaq, yağış yağacaq, qar yağacaq...
19.04.2019
Hacıqabulda avtobus istehsalı zavodunun təməli qoyuldu
19.04.2019
İlin ilk iki ayında Azərbaycanla İranın ticarət dövriyyəsi 4,5 dəfə artıb
19.04.2019
SOCAR ilə BP “Azəri Mərkəzi Şərqi” layihəsi üzrə investisiya qərarı imzalayıblar

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info