Balakən turistlər üçün cəlbedici məkana çevrilib
Tarix: 04.08.2016 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


Azərbaycanın şimal-qərb qapısında yerləşən Balakən rayonunun əsrarəngiz təbiəti, zəngin flora və faunası burada turizmin inkişafı üçün əlverişli imkanlar açır. Rayon ərazisində yerli və xarici turistləri cəlb edə biləcək gözoxşayan təbiət guşələri və tarixi abidələr mövcuddur. Balakən rayonunda 12 turizm marşrutu və rekresiya zonaları müəyyənləşdirilib.
Rayonda ekoturizm, kənd yaşıl turizmi, həmçinin dağ, atçılıq, balıqçılıq və mədəni turizm inkişaf etdirilir. Balakənin təkrarolunmaz milli kulinariyası da turistləri daim özünə cəlb edir.

Şəhərdəki ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkı respublikamızın ən böyük parklarından biri hesab olunur. Burada turistlərə və rayon sakinlərinə yüksək səviyyədə xidmət göstərilir. Parkda uşaqların, yeniyetmə və gənclərin, ahılların istirahətlərinin mənalı keçməsi üçün hər cür şərait yaradılıb. 1200 metr uzunluğunda kanat yolu və attraksionlar turistlərin xidmətindədir. Müasir tələblərə cavab verən turizm infrastrukturu rayona gələn turistlərin sayının ildən-ilə artmasını şərtləndirən başlıca amillərdəndir. Statistik məlumatlara görə, cari ilin 6 ayında rayona 11 minə yaxın turist gəlib. Gələnlərin 4600 nəfərini xarici turistlər təşkil edib.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Neftçalanın Ərəbqardaşbəyli kəndinə təbii qaz verilib
26.09.2018
AccessBank taksi xidmətləri üzrə tender elan edir
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info