“Regionun 10-a yaxın ölkəsinin İran qazına ehtiyacı var“
Tarix: 04.08.2016 | Saat: 14:59:00 | E-mail | Çapa göndər


"Yeni bağlanmış dörd beynəlxalq əhəmiyyətli müqaviləni də nəzərə alsaq, yaxın vaxtda İranın ixrac etdiyi təbii qazın həcmi 40 mlrd. kubmetrə çatacaq". Bunu "Iran Daily" nəşrinə müsahibəsində İranın Milli Qaz Şirkətinin (NİGC) xarici əlaqələr üzrə direktoru Əzizolla Ramezani deyib. 
Onun sözlərinə görə, 2021-ci ildə ixrac olunan qazın illik həcmi 68-80 mlrd. kubmetrə çatacaq. 
"Regionun qaza olan illik tələbatı 50 mlrd. kubmetr səviyyəsindədir. Bunu nəzərə alaraq deyə bilərik ki, biz başqa ölkələrə, xüsusilə Avropa ölkələrinə ildə 30 mlrd. kubmetrədək qaz sata bilərik. Regionun 10-a yaxın ölkəsinin İran qazına ehtiyacı var. Hazırda Çin və Hindistana qaz ixracı məsələsi də gündəmdədir. Bundan başqa, bizim Cənubi Koreya və Yaponiyaya sıxılmış qaz satmaq imkanımız var", - deyə məmur qeyd edib. 
Avropaya qaz ixracı məsələsinə gəlincə, Ə. Ramezani deyib ki, Türkiyə bu sahədə İranla əməkdaşlıq etməyə hazırdır: "Avropaya qaz nəqli İran üçün əlçatan hədəfdir. Bununla yanaşı, biz Avropaya sıxılmış qaz da sata bilərik". 
"Bu il ərzində, mart ayının yarısınadək İran Türkiyə, Naxçıvan və Ermənistana qaz ixrac edib, habelə Türkmənistan və Azərbaycandan qaz idxal edib. "Bu il İraqla imzalanan iki müqavilə əsasında bu ölkəyə qaz ixrac edəcəyik. Bununla yanaşı, biz Ermənistana ixrac olunan qazın həcminin artırılması ilə bağlı danışıq aparmışıq və razılıq əldə etmişik. Bu həcm Gürcüstana nəql olunacaq", - deyə o bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info