“Rio-2016” Yay Olimpiya Oyunlarına futbol yarışları ilə start verilib
Tarix: 04.08.2016 | Saat: 19:34:00 | E-mail | Çapa göndər


“Assoşeyted Press” Azərbaycanın Yay Olimpiya Oyunlarında 13 medal qazanacağını proqnozlaşdırır

Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarına futbol yarışları ilə start verilib. Açılış mərasimi bu günə nəzərdə tutulan Olimpiadanın futbol yarışları bir qədər tez start götürüb. İlk yarış günündə qadın futbolçular mübarizə aparıblar. Əvvəlcə “F” qrupunda yer alan İsveç və Cənubi Afrika Respublikasının milli komandaları Olimpiya stadionunda üz-üzə gəliblər. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda İsveç millisi fərqlənib. Görüşün 76-cı dəqiqəsində Nilla Fişerin vurduğu qol komandasının qalib gəlməsini rəsmiləşdirib. “F” qrupu çərçivəsində digər görüş “Corinthians Arena”da Kanada və Avstraliya yığmaları arasında keçirilib. Görüşün ilk dəqiqəsində kanadalı futbolçu Janine Beckie hesabı açıb. Matçın 78-ci dəqiqəsində Kanada millisinin üzvü Kristine Sinklir fərqlənib. Beləliklə, görüş Kanada millisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Turnirin “E” qrupunda yer alan Braziliya millisi Olimpiya stadionunda Çin yığması ilə qarşılaşıb. Meydan sahiblərinin üstünlüyü şəraitində keçən görüşdə Braziliya yığması rəqib qapısından 3 cavabsız top keçirib. Braziliya millisinin heyətində Monika, Andressa Alves və Kristiane fərqləniblər. Onu da qeyd edək ki, “Assoşeyted Press” agentliyinin ekspertləri Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil olunacaq XXXI Yay Olimpiya Oyunlarında idmançıların potensial imkanlarını açıqlayıb. Agentliyin saytına istinadla xəbər verir ki, ekspertlərin rəyinə görə, Azərbaycan “Rio-2016”da 13 medal qazanacaq. Qızıl medallara cüdoçu Rüstəm Orucov (73 kq) və yunan-Roma güləşçisi Rövşən Bayramov (59 kq) sahib olacaq. Boksçular Elvin Məmişzadə (52 kq), Albert Səlimov (60 kq), Lorenzo Sotomayor (64 kq), Teymur Məmmədov (81 kq) və Yana Alekseyevna (60 kq) yarışı ikinci pillədə başa vuracaqlar. Bürünc medalı isə yığmamıza boksçu Pərviz Bağırov (69 kq), avarçəkən İnna Osipenko-Radomskaya, idman gimnastı Oleq Stepko, taekvondoçu Radik İsayev (80 kq), yunan-Roma güləşçisi Saman Təhmasibi (85 kq) və sərbəst güləşçi Hacı Əliyev (57 kq) qazandıracaqlar. Azərbaycanın mötəbər yarışı 2 qızıl, 5 gümüş və 6 bürünc medalla başa vurması proqnozlaşdırılır. Qeyd edək ki, Azərbaycan “London-2012” Yay Olimpiya Oyunlarında 10 (2 qızıl, 2 gümüş, 6 bürünc) medal qazanıb.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info