Respublika Klinik Xəstəxanasında 1690 hemofiliyalı xəstə dövlət proqramı əsasında müalicə edilir
Tarix: 04.08.2016 | Saat: 19:41:00 | E-mail | Çapa göndər


Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında 1690 hemofiliyalı xəstə və 490 dağınıq skleroz xəstəsi dövlət proqramı əsasında müalicə edilir və dərmanlarla təchiz olunur. Bu fikirlər Respublika Klinik Xəstəxanasının fəaliyyətinə həsr edilmiş tədbirdə səsləndirilib. Tədbirdə qeyd edilib ki, ölkəmizdə səhiyyə sistemində həyata keçirilən köklü islahatlar tibb müəssisələrinin müasir avadanlıqlarla təchizatına, həkim və orta tibb personalının ixtisas səviyyəsinin yüksəlməsinə və nəticədə səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəlməsinə gətirib çıxarır. Müasir görkəm alan səhiyyə müəssisələrindən biri də Respublika Klinik Xəstəxanasıdır. Xəstəxananın baş həkimi Telman İbadov bildirib ki rəhbərlik etdiyi xəstəxana respublikamızın rayon və şəhərlərinin tibb müəssisələri üçün praktiki və metodiki mərkəzdir. Xəstəxananın bütün şöbələri təmir edilərək xəstələrin istifadəsinə verilib. Baş həkim diqqətə çatdırıb ki, 1960-cı ildən fəaliyyət göstərən 660 çarpayılıq xəstəxana çoxprofilli olub 23 stasionar şöbədən, 1 poliklinikadan, diaqnostik və yardımçı şöbələrdən ibarətdir. Xəstəxanada əhaliyə 326 həkim xidmət edir. Səhiyyə müəssisəsinin həkimləri və orta tibb personalı mütəmadi olaraq sertifikasiyadan və təkmilləşdirmə kurslarından keçirlər. İndiyədək 321 həkim sertifikasiyadan keçib, 72 nəfər isə təkmilləşdirmə kurslarında iştirak edib. Eyni zamanda, xəstəxanada 556 orta tibb işçisi fəaliyyət göstərir. Onlardan 504-ü sertifikasiyadan keçib, 118-i təkmilləşdirmə kurslarında iştirak edib. Ötən il Respublika Klinik Xəstəxanasına 14 min 912 xəstə, 2016-cı ilin ötən dövrü ərzində isə 13 min 140 xəstə daxil olub. Səhiyyə müəssisəsi ən müasir avadanlıqlarla təchiz edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info