İranın səfirliyinin mətbuat katibi Mətbuat Şurasında olub
Tarix: 04.08.2016 | Saat: 19:45:00 | E-mail | Çapa göndər


İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin mətbuat katibi Məhəmmədrza Nəcəfi Mətbuat Şurasında (MŞ) olub.
 
Şuradan verilən məlumata görə, MŞ sədri Əflatun Amaşov bildirib ki, tarixən qonşu olan iki ölkənin əlaqələri indiki kimi geniş və əhatəli olmayıb.
 
O qeyd edib ki, dövlət rəhbərlərinin qarşılıqlı səfərlərində, eləcə də nazirliklər, digər rəsmi qurumlar səviyyəsindəki görüşlərdə ikitərəfli əməkdaşlığın inkişafını nəzərdə tutan mühüm sənədlərə imza atılıb.
 
M. Nəcəfli isə hər iki ölkənin jurnalistləri arasında qarşılıqlı səfərlərin mövcudluğunu əsas götürərək əlaqələrin inkişafına yönələn bir sıra təklifləri səsləndirib.
 
Tərəflər razılığa gəliblər ki, belə səfərlərin davamı jurnalistlərin yaradıcılığına müsbət təsiri, ölkələrin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin təbliği baxımından əhəmiyyət daşıdığından davam etdirilməlidir. Futbol və digər idman növləri üzrə hər iki ölkənin jurnalistlərdən ibarət komandalarının yoldaşlıq görüşlərinin, konfransların və sair tədbirlərin təşkili də məqsədə müvafiq sayılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info