Babək rayonunda əmək yarmarkası keçirilib
Tarix: 04.08.2016 | Saat: 21:49:00 | E-mail | Çapa göndər


Əhalinin məşğulluğunun təmin edilməsi sosial-iqtisadi inkişafa nail olunmasının başlıca amillərindən biridir.AZƏRTAC xəbər verir ki, bu fikirlər Babək rayonunda keçirilən növbəti əmək yarmarkasında səsləndirilib.Tədbirdə rayon Məşğulluq Mərkəzinin direktoru Qurban Tarverdiyev qeyd edib ki, muxtar respublikada məşğulluq probleminin həll edilməsi diqqət mərkəzində saxlanılır, digər vasitələrlə yanaşı, əmək yarmarkalarından istifadə olunmasına da ciddi önəm verilir. Son illər bölgədə yeni istehsal və emal müəssisələrinin yaradılması, tikinti-quruculuq işlərinin geniş vüsət alması əhalinin məşğulluq probleminin həllinə müsbət təsir göstərib. Belə tədbirlərin davamlı xarakter daşıması vətəndaşların daimi iş yerləri ilə təminatında böyük rol oynayır.
Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Nihal Məmmədov çıxış edərək bildirib ki, əhalinin səmərəli məşğulluğunun təmin olunması məqsədilə işaxtaran vətəndaşların münasib işlə təmin edilməsi, onların haqqı ödənilən ictimai işlərə cəlb olunması, habelə peşə hazırlığı sahəsində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bu onu göstərir ki, muxtar respublikada insan amilinə, əhalinin rifah halının yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir.
Sonra işaxtaran vətəndaşlar əmək yarmarkasına çıxarılan vakant iş yerləri ilə tanış olublar. 15 müəssisədən 110 boş iş yerinin çıxarıldığı yarmarkada, 23 nəfərə işə göndəriş verilib.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info