Cənubi Çin dənizində Çin-ABŞ qarşıdurması
Tarix: 05.08.2016 | Saat: 00:34:00 | E-mail | Çapa göndər


Çin müdafiə nazirinin "dənizdə xalq döyüşünə hazır ol” çağırışı fonunda Rusiya ilə keçiriləcək hərbi təlimlər böyük rəmzi əhəmiyyət kəsb edir

Çin müdafiə nazirinin "dənizdə xalq döyüşünə hazır ol” çağırışı, onu deməyə əsas vermir ki, ölkə günü sabah hərbi fəaliyyətə başlayacaq. Lakin unutmaq lazım deyil ki, Çin ilə ABŞ arasında Çin dənizindəki qarşıdurma getdikcə daha ciddi xarakter almaqdadır.
Buna görə də, Çinin Rusiya ilə Cənubi Çin dənizində gələn ay üçün gözlənilən hərbi təlimlər böyük rəmzi əhəmiyyət kəsb edir. “Vzqlyad” nəşri yazır ki, Çin müdafiə nazirinin "biz ölkəmizin suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün səfərbərliyə hazır olmalıyıq” çağırışı daha çox qonşu Yaponiya ilə Cənubi Çin dənizində olan mübahisəli adalara hesablanmış mesajdır. Qeyd edilməlidir ki, artıq son dörd ildə Çin dövləti Rusiya ilə Cənubi Çin dənizində altıncı birgə təlimlər həyata keçirməyə hazırlaşır. Ötən ay ABŞ-ın regiondakı yaxın müttəfiqləri ilə nümayişkaranə şəkildə keçirdiyi hərbi təlimlər Ağ Evin bu ərazilərdə hegemonluğunu davam etdirmək istəyi olduğuna heç bir şübhə yeri qoymur. Lakin unudulmamalıdır ki, Çin ilə Rusiyanın son illərdə yaxınlaşması bu hegemonluğu sarsıda bilər. Baxmayaraq, bu ölkələr hələ də rəsmi olaraq müttəfiq deyillər və onların daha çox ABŞ-ın təzyiqlərinə müqavimət göstərməkdə ümumi maraqları var. Xatırladaq ki, II Dünya müharibəsindən sonra Sakit okean bölgəsində hegemonluq əldə edən ABŞ-ın Cənubi Çin dənizindəki mövqeyi bir qədər sarsılsa da, belə görünür ki, Pekin bu vəziyyətlə barışmaq niyyətində deyil. Ona görə də Çinlə ABŞ arasındakı gərginlik nöqtəsi Cənubi Çin dənizi olaraq qalır. Son iki ildə Çinin bu dəniz hövzəsində yerləşən adalarda inşa etdiyi hərbi aerodromlar ABŞ-da böyük narazılıq yaradıb. Amma ekspertlər hesab edir ki, bu vəziyyət iki dövlət arasında hər hansı bir münaqişənin baş verə biləcəyi anlamına gəlmir. Lakin ABŞ regiondakı mübahisəli adalara öz hərbi texnikasını göndərməklə, müttəfiqlərinə onların maraqlarının keşiyində durduğunu nümayiş etdirməyə çalışır. Ekspertlərə görə, ABŞ-ın bu regionda Çinə qarşı təzyiq göstərmək üçün elə də güclü aləti mövcud deyil. Qeyd edək ki, Rusiya Çin bu istiqamətdəki fəaliyyətinə açıq dəstək verir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info