Dövlət qulluğuna qəbul edilənlər and içiblər
Tarix: 13.03.2013 | Saat: 21:52:00 | E-mail | Çapa göndər


Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) ilk dəfə daimi dövlət qulluğuna qəbul edilən əməkdaşların andiçmə mərasimi keçirilib.

Bu barədə komitədən məlumat verilib. Tədbirdə çıxış edən QKDK-nın sədri Rüfət Aslanlı dövlət qulluğu və dövlət qulluqçusunun vəzifəsinin məsuliyyətindən danışaraq, ilk dəfə daimi dövlət qulluğuna qəbul edilən əməkdaşların andının dövlətə sadiqliyinin göstəricisi olduğunu bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra daimi dövlət qulluğuna qəbul edilən əməkdaşlara staj və sınaq dövründəki fəaliyyətlərinə istiqamət verən təcrübəli dövlət qulluqçuları çıxış etmiş və ilk dəfə daimi dövlət qulluğuna qəbul edilən gənclərə öz tövsiyələrini veriblər. Tədbirin davamında ilk dəfə daimi dövlət qulluğuna qəbul edilən əməkdaşlar Azərbaycan Respublikasının dövlət bayrağı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basaraq təntənəli surətdə and içiblər. Sonda komitənin sədri and içən hər bir əməkdaşa daimi dövlət qulluğuna qəbulu təsdiq edən şəhadətnamələri təqdim etmiş və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
İLKIN




 
Bölməyə aid digər xəbərlər
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
15.06.2019
İyunun 15-i xalqımızın bəlalardan qurtuluşunun carçısıdır
14.06.2019
Azərbaycanın bugünkü reallıqları Heydər Əliyev siyasətinin təntənəsi, milli qurtuluşun uğurlarıdır
14.06.2019
Bakıda dəhşət: Jurnalistin qızı və arvadı özünü 10-cu mərtəbədən atdı
14.06.2019
“Carlsberg Azerbaijan” ETSN qarşılıqlı anlaşma haqqında memorandum imzaladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info