Ermənilərin xaç daşı oyunu Azərbaycan torpaqlarının erməniləşdirilməsinə xidmət edir
Tarix: 05.08.2016 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


Gürcüstanda “Azərbaycan ərazilərindəki alban dövrü xaçlarına və digər bədii daş nümunələrinə erməni iddiası” adlı məsələ müzakirə edilib

Tbilisidəki Beynəlxalq Qafqaz Universitetində Beynəlxalq ekspertlərin, universitetin professor, müəllim və tələbələrinin iştirak etdikləri müzakirələrdə Azərbaycanın və Gürcüstanın işğal olunmuş ərazilərindəki tarixi abidələr barədə geniş müzakirələr aparıldı. XIX əsrin əvvəllərindən Cənubi Qafqazda kütləvi şəkildə kök salan ermənilər, Alban mədəniyyətinin bu nümunələrindən dərhal yararlanmağa başladılar. Onlar özlərini «böyük fəlsəfi təfəkkürə malik» olan bir xalq obrazı yaratmaq, bununla da ermənilərin digər xalq və millətlərdən daha üstün olduqlarını nümayiş etdirmək üçün öz mədəniyyətlərinin, dini rəmzlərinin və xaçlarının təkmilləşdirilməsi ilə məşğul olmağa başladılar. Bununla da erməni «xaçkarları» meydana gəlməyə başladı. Əslində xaçkar sözünün kökü fars mənşəli söz olub, fars dilindən erməni dilinə keçmişdir. Bu söz fars dilində «iş, zəhmət» mənasını verir, bunu erməni dilinə çevirəndə «kar», daş mənasında başa düşülür. Odur ki «xaçkar» sözünün erməni dilində anlamı «xaçdaş»ı mənasını verir. Ümumiyyətlə, Qarabağ zonasında aşkara çıxarılan xaç daşlarına ermənilər daim sahiblənməyə çalışırlar. Belə daşları onlar fürsət düşdükcə oğurlayaraq Eçmiədzinə aparıblar. Artsak xaç daşı kimi tanınan belə daşlar Ağdərə, Şuşa, Xocalı, Tərtər, Laçın, Gədəbəy və başqa ətraf rayonlarda aşkar edilmişdir. Alimlər onların arasında 1633-cü ilə aid xaç daşını ən maraqlı nümunə hesab edirlər.
Ermənilər süni surətdə məskunlaşdırıldıqları ərazilərin erməniləşdirilməsində xaç daşlarının yayılmasını daha məqsədəmüvafiq hesab edirlər. Onlar, heç bir xalqın həyatında təsadüf edilməyən işlərlə məşğul olaraq, hər dağda, dərədə, hər kol dibində xaç obrazlı daşlar düzməkdən zövq alırlar. Ermənilər tarixi öz xeyirlərinə dəyişdirmək üçün xaç daşları yonaraq işğal etdikləri Azərbaycan torpaqlarında basdırmağı və bütünlüklə xaç daşlarını bu ərazilərin hər qarışına yaymağı özlərinin əsas məqsədləri və vəzifələri hesab edirlər. Onlar son illər xaç daşlarının istehsalını o qədər genişləndiriblər ki, hətta belə demək mümkün olarsa, Cənubi Qafqazda xaç daşlarının istehsalçılarına çevrildilər. Ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində xaç daşlarının istehsalı ilə məşğul olmaları, ilk baxışdan xristianlığın təbliği kimi görünsə də, əslində bu prosesin gedişi Azərbaycan torpaqlarının erməniləşdirilməsinə xidmət edir. Onlar sadəcə, heç bir bədii məna kəsb etməyən cansıxıcı erməni xaç daşlarının yeniləşdirilməsi işlərindən cana doyaraq, son zamanlar Alban xaç daşlarının bədii nümunələrindən və ornamentlərindən istifadə etməyə başladılar. Bu yolla ermənilər, çox sayda Alban xaç daşlarının dekorativ tərtibatı ilə eyni olan (yalnız bu daşların ornament və bəzəklərində dəyişiklik edərək) oyma və qabartma üsulu ilə xaç daşları, başdaşları və nişan daşları yonaraq Azərbaycanın işğal olunmuş ərazilərinin müxtəlif yerlərində, bir zamanlar regionun istirahət mərkəzləri olmuş ərazilərində, yol kənarlarında, bulaqların ətraflarında, ictimai yaşayış mərkəzlərinin baxımlı yerlərində, bağlarda, parklarda, memarlıq abidələrinin üzərlərində, qəbiristanlıqlarda və eləcə də müxtəlif yaşayış ərazilərində kütləvi şəkildə yerləşdirirlər.
Ermənilərin nəzarətində olan Qərbi Azərbaycan torpaqlarında və eləcə də işğal olunmuş digər ərazilərdə (ermənilər tərəfindən başdaşı formasında basdırılmış) yanyana düzülmüş elə kütləvi xaç daşları sahələrinə təsadüf edilir ki, bu sanki böyük bir adsız qəbiristanlıqları xatırladır. Bu cür kütləvi süni məzarlıqlarda daşların bədii formada həllinə elə də fikir verilmir. Bəzən isə Alban xaç daşlarını da mövcud olduqları yerlərdən söküb gətirib, bu səpkili xaç daşı «qəbiristanlıqlarında» basdıraraq erməni xaçkarları kimi təqdim edirlər. Bu isə nəinki təkcə Alban daş sənəti nümunələrinin mənimsənilməsinə və bir daha qeyd etmək lazımdır ki, Azərbaycan torpaqlarının erməniləşdirilməsinə gətirib çıxarır.
Burada qeyd etmək yerinə düşərdi ki, klassik erməni xaç daşları, erməni dini simvolları və rəmzləri, xüsusən də xaç təsvirlərinin özləri sadə formada olduqlarından, özünün bədii üslubuna və xarakterinə görə heç bir məna və əhəmiyyət kəsb etmir. Çünki erməni - qriqoryan xaçları hazırlanarkən onların təsvirlərində dekorativ sənət nümunələrindən, müxtəlif ornamentlərdən və digər bəzək nümunələrindən istifadə edilməmişdir. Ona görə də erməni - qriqoryan xaçlarının dövrümüzə qədər olan bütün nümunələri, sadə formada olub, öz xüsusiyyətlərinə görə bədii sənət əsərləri sayılmırlar, bu xaçlar, sadəcə olaraq kilsələrdə dini ayinlərin icrasında istifadə olunan adi bir dini vasitələrdən başqa bir şey deyildir.

“Ermənilər Azərbaycanın işğal altındakı ərazilərdə xristian dövrü abidələrinin ornamentlərini və üst yazılarını dəyişdirib erməniləşdirirlər”.
Ketevan Şaşiaşvili
Gürcüstandakı Beynəlxalq Qafqaz
Universitetinin professoru, tarixçi alim


Qərbi Azərbaycanın (indiki Ermənistan) Gümrü şəhəri yaxınlığındakı Azərbaycan başdaşı ilə yuxarıda təsvir edilən iki xaçdaş arasında analogiya aparan D.A. Axundov maraqlı nəticələr əldə etmişdir. "Stela üçbucaq şəklində tamamlanır, onun yuxarısında altguşəli ulduzlu iki xonça yerləşir. Xonçaların üstündə çevrilmiş aypara vardır. Üç göy cismi - bürc göyləri təmsil edir. Xonçanın altında Quran ayələri yazılmış üfüqi taxça vardır. Taxçanın mərkəzindən stelanın axırına qədər aşağıya doğru qabağa çıxan düzbucaqlı zolaq keçir. Əgər iki xonça arasına alınmış fiquru və çevrilmiş ayparanı nəzərə alsaq əmələ gəlmiş təsvir həm qılınca, hə də ondan daha çox xaça oxşayır. Lakin xaç xristian xaçı deyil. Belə ki, qəbir daşı müsəlman başdaşıdır, başdaşındakı təsvir isə yenə də simvolizə olunmuş həyat ağacıdır. Digər maraqlı bir cəhət isə bu daşın ətrafında çoxlu yarımdairəvi şəkildə tamamlanan müsəlman qəbir daşlarının olmasıdır." Bu abidələrin yerləşdikləri ərazilərdən həmin ərazilərin yerli əhalisi - Azərbaycan türkləri deportasiya olunduğundan, Azərbaycan tarixi və mədəniyyətinin tədqiqi üçün çox qiymətli olan bu sənət əsərlərinin taleyi haqqında heç bir məlumat yoxdur.
Bununla belə ermənilər Cənubi Qafqazda öz varlıqlarını yetərincə sübut etmək və yüksək erməni mədəniyyətinin mövcudluğuna insanları inandırmaq üçün özlərinin nəzarətində olan ərazilərdə müxtəlif dövrlərə məxsus dekorativ sənət nümunələrinin eləcə də daş, divar yazıları üzərində forma və məzmun dəyişiklikləri edir, bu abidələrin ermənilər tərəfindən yaradıldığı və ya inşa edildiyi barədə saxta dəlillər yaradaraq bunları erməni mədəniyyətinin nümunələri kimi təqdim edirlər. Bundan sonrakı mərhələdə isə ermənilər geniş təbliğat kampaniyasına başlayır, öz təbliğat işlərində bu abidələrdən maddi sübut kimi istifadə edirlər. İşğal edilmiş ərazilərdə bu cür mənimsənilməyə daha çox xristianlığa qədər olan dövr Azərbaycan abidələri və Alban xristianlıq dövrü abidələri məruz qalmışdır. Bu isə Cənubi Qafqazda qədim Alban mədəniyyətinin tamamilə məhv edilmək təhlükəsini artırır. Sox təhlükəli bir məqam da ondan ibarətdir ki, son dövrlər erməni mətbuatı Cənubi Qafqazdakı Alban dövlətini və Alban mədəniyyətinin varlığını tamamilə inkar edərək, bir zamanlar bu ərazilərdə Alban dövləti deyil, qədim bir erməni dövlətinin mövcudluğunu iddia edirlər. Bununlada ermənilər Cənubi Qafqazda min illik tarixi olan Alban dövlətinin mövcudluğunun üstündən birdəfəlik xətt çəkərək, qədim Alban mədəniyyətinə sahib çıxmaqla özlərinin təcavüzkar bir millət olduqlarını bir daha göstərmiş olurlar.
Qafqaz Albaniyasında şərq xristianlığına aid memarlığın bütün növləri inkişaf etmişdi. Alban xristianlığının ilk dövrü üçün xarakterik olan kilsə tikintiləri idi. Bu kilsələr, uzunsov ibadət zalı olan birnefli məbədlərdən ibarət olmuşdur. Bu növ məbədlərin üstü ikiqatlı sadə daşla örtülürdü. Albaniyanın xristianlıq memarlığı üslubunda «dairəvi məbədlər» deyilən xüsusi memarlığı da geniş yayılmışdı. Albaniyanın xristianlıq memarlığının ən kütləvi forması isə sovmələrdir. Sovmələr, karvan yolları kənarlarında kiçik ibadətgah rolunu oynasalar da, onlar, əslində, momerial tikililərdir. Bu ərazilərdə həm mehrabsız, həm də mehrablı sovmələrə təsadüf olunur.Sovmələrin divarları bir qayda olaraq, zəif naxışlara malik nişan daşlarıyla bəzədilirdi.
Alban dövrünün ən mürəkkəb quruluşlu tikililəri isə monastrlar hesab olunurlar. Bir çox tədqiqatçılar hesab edirlər ki, bu üslub Cənubi Qafqazda yalnız Alban dövrü memarlıq abidələrinə məxsusdur.Çünki Alban dövrü memarlıq abidələri üzərindəki elementlər yalnız bu dövr abidələrinin özünəməxsus xüsusiyyətləri kimi dəyərləndirilir. Bu ərazilərdə geniş sahəli, mürəkkəb formaya malik, müasir dövrümüzə qədər daha yaxşı formada gəlib çıxan bazillikaların tikilməsi VI - VIII əsrlərə təsadüf edir. Bazillikaların geniş zalı, sıra sütunları ilə bir neçə nefə (hissəyə) bölünürdü. Ümumi ansambıla uyğun olaraq hər nefin şərqində yarımgünbəz formalı çıxıntılar düzəldilirdi. Oradakı iri çıxıntı mehrab rolunu oynayırdı. Bazillikaların üst örtüyü də digər tikintilərdən fərqlənirdi. Belə ki, onların orta hissəsinin günbəzləri çıxıntı ilə tamamlanırdı. Bir qayda olaraq bazillikaların qərb tərəfində, binanın tavanında xüsusi sütunlar üzərində zəng asmaq üçün yer qurulurdu.
Məlumdur ki, ermənilər xristian amilindən istifadə edərək, bu ərazilərdəki abidələri erməniləşdirməklə bu tipli abidələrə sahib çıxmaq istəyirlər. Lakin tədqiqatlar göstərir ki, hətta xristianlıq dövrü abidələri belə, nə erməni dininə, nə də erməni əxlaqına uyğun gəlmir. Belə ki, Azərbaycan ərazilərindəki Alban xristian abidələrinin tarixi - arxeoloji və memarlıq baxımından tədqiqi xristianlığın bir çox xüsusiyyətlərini aydınlaşdırmağa imkan verir. Alban dövrünün xristianlıqla əlaqədar maddi mədəniyyət nümunələrini, memarlıq abidələrini, nişan daşlarını, qəbirüstü abidələri, kilsə avadanlığını, epiqrafik abidələri və s. bu kimi müxtəlif qruplara bölünərək yaşayır və bunun tədqiqatçılar tərəfindən erməni qriqoryan dininə heç bir aidiyyəti olmadığı bildirilir. Bu barədə gürcü tarixçisi A.Çavçavadze «Ermənilər və qan ağlayan daşlar» kitabında yazırdı ki, «ermənilər yerli albanları qriqoryanlaşdıraraq bu əraziləri isə «hayk ölkəsinin bir hissəsi» adlandırıblar. Bunun hamısı yalandır. Öz işğalçı siyasətlərindən əl çəkməyən ermənilər vaxtilə gəlib sığındıqları Azərbaycan torpaqlarını «Şərqi Ermənistan» adlandıraraq, həmin əraziləri tarixi vətənləri, doğma mədəniyyət mərkəzləri kimi uydurmalarla mənimsəmək fikrinə düşüblər».
Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər Azərbaycanın yeraltı mədəniyyət nümunələrini, yəni arxeoloji abidələrini də ABŞ, İngiltərə, İspaniya, Niderland, İrlandiya və başqa dövlətlərin maliyyə dəstəyi və iştirakı ilə xüsusi qəddarlıqla dağıdırlar. Hər ilin yay ayları Ermənistanın ekspedisisyaları Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkilatçılığı ilə xarici ölkələrin müxtəlif arxeoloji qrupları tərəfindən Xocalı, Ağdam, Xocavənd, Şuşa, Kəlbəcər, Kərkicahan, Xankəndi ərazilərində olan bütün kurqanlar sökülərək yerlə yeksan edilmişdir. Qazıntı zamanı tapılan bütün arxeoloji nümunələr, o cümlədən məişət əşyaları, əmək alətləri, ov silahları, zinət əşyaları, saxsı məmulatları və s. Ermənistana daşınıb aparılmışdır.
Faiq İSMAYILOV
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info