“Rio-2016”- cüdoçularımızın ilk rəqibləri Peru, İspaniya, Rusiya və Latviya təmsilçiləridir
Tarix: 05.08.2016 | Saat: 15:48:00 | E-mail | Çapa göndər


Sabah “Rio-2016” Yay Olimpiya Oyunlarında cüdo yarışlarına start veriləcək.
Dörd illiyin mötəbər yarışında ölkəmizi 6 cüdoçu təmsil edəcək. Artıq cüdoçularımızın ilk rəqibləri müəyyənləşib.Avqustun 6-da tatami üzərinə çıxacaq Orxan Səfərovun (60 kq) ilk rəqibi perulu cüdoçu Xuan Postiqos olacaq. Mübarizəyə avqustun 7-də qoşulacaq Nicat Şıxəlizadə (66 kq) İspaniya idmançısı Suqoi Urarte ilə münasibətlərinə aydınlıq gətirəcək. Mötəbər yarışda 90 kiloqram çəki dərəcəsində mübarizə aparacaq Məmmədəli Mehdiyev avqustun 9-da rusiyalı Kirill Denisov ilə üz-üzə gələcək. İki gün sonra Elmar Qasımov (100 kq) rusiyalı Tahir Xaybullayev ilə qarşılaşacaq. Avqustun 12-də Uşanqi Kokauri Rio tatamisində latviyalı Arturs Nikiforenkodan güclü olmağa çalışacaq.
İlk mərhələdən azad olan Rüstəm Orucov (73 kq) avqustun 8-də Faye Nije (Qambiya)-Didar Hamza (Qazaxıstan) cütünün qalibi ilə qarşılaşacaq.
Cüdo yarışları avqustun 6-dan 12-dək keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info