Universitetdə Novruz şənliyi
Tarix: 13.03.2013 | Saat: 22:00:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsində yazın gəlişini simvolizə edən qədim xalq bayramı-Novruz qeyd edildi. Bayram tədbirində universitetin Cənubi Koreyadan, Gürcüstandan olan tələbələri də iştirak edirdi.
Mərasimdə iştirak edən ali məktəbin rektoru, akademik İsa Həbibbəyli Novruz bayramının tarixi və ənənələrindən danışdı. Qeyd olundu ki, Novruz bayramının tarixi kökləri çox qədimə dayanır və ölkəmizin bütün bölgələrində böyük təntənə ilə qeyd olunur. Müasir dövr üçün milli bayram olan Novruz 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilib. Novruz türk xalqlarının bayramıdır və Qafqazda, Mərkəzi Asiyada, Türkmənistanda, Tacikistanda, Pakistanda, Albaniyada xüsusi şənliklərlə qeyd olunur. Rektor bu əziz bayram münasibətilə universitetin bütün müəllim və tələbə kollektivini təbrik etdi və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Tədbirdə “Kosa-kosa” oyunu göstərildi, yumurta döyüşdürüldü, mahnılar və şeirlər səsləndirildi, həmçinin xarici tələbələrə hədiyyələr təqdim olundu.
Mina QASIMOVA




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info