ƏƏSMN-nin elektron xidmətlərindən 3,6 milyon dəfəyə yaxın istifadə qeydə alınıb
Tarix: 05.08.2016 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin(ƏƏSMN) "Elektron hökumət" portalı üzərindən təqdim etdiyi elektron xidmətlər əhalinin əmək və sosial müdafiə sahələri üzrə xidmətlərdən şəffaf və rahat şəkildə istifadəsinə imkan yaradıb. Cari ilin iyul ayında vətəndaşlar nazirliyin e-xidmətlərindən 440768 dəfə faydalanıblar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə,
ötən ay nazirliyin e-xidmətlərinə edilən müraciətlərin 132470-i “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətinə yönəlib ki, bu da əvvəlki iyun ayı ilə müqayisədə 9 faiz çoxdur. Həmçinin iyun ayı ilə müqayisədə iyul ayında “
Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən 17 faiz, “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi” e-xidmətindən 59 faiz, “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidmətindən 28,6 faiz, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi” e-xidmətindən 20,7 faiz çox istifadə qeydə alınıb.
Eləcə də müraciətlətin sayında “Sığortaedənin (Hüquqi şəxs) onlayn uçota alınması” e-xidməti üzrə 25 faiz, “Sığortaedənin (Fiziki şəxs) onlayn uçota alınması” e-xidməti üzrə 13,5 faiz, “Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator” e-xidməti üzrə 8,7 faiz artım özünü göstərib. “İş yerinə dair arayış”, “Pensiya kalkulyatoru”, “Ailə kəndli təsərrüfatının onlayn uçota alınması” və s. e-xidmətlərindən istifadə göstəriciləri də artıb. Əvvəlki aylarda olduğu kimi, iyul ayında da nazirliyin e-xidmətlərinin əksəriyyəti "Elektron hökumət" portalında əhalinin geniş şəkildə faydalandığı e-xidmətlər sırasında olub.
Cari ilin yanvar-iyul aylarında isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən ümumilikdə 3,6 milyon dəfəyə yaxın istifadə edilib.


Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info