Qəza baş verən 10 saylı özüldə bərpa işləri başa çatmaq üzrədir
Tarix: 05.08.2016 | Saat: 17:13:00 | E-mail | Çapa göndər


"Azneft" İstehsalat Birliyinin sifarişi ilə "Neftqaztikinti" Tresti 28 May adına NQÇİ-nin istismar etdiyi "Günəşli" yatağında 10 saylı dərin dəniz özülünün qəzadan sonra yenidən qurulması layihəsi üzrə aparılan tikinti-quraşdırma işlərini başa çatdırmaq üzrədir. 
SOCAR-dan verilən məlumata görə, həyata keçirilən təmir-bərpa işləri çərçivəsində indiyədək özüldəki 30 quyunun quyuağzı avadanlıqları təftiş edilib, təhlükəsiz iş şəraiti yaradılıb. Özüldə yararsız hala düşmüş 2600 tona yaxın metal-konstruksiya sökülüb, 4 modul bərpa edilib, hər birinin çəkisi 330 ton olan 2 qülləaltı modul hazırlanaraq dənizdəki yerində quraşdırılıb. Həmin modullar üzərində qülləaltı postament və qüllə quraşdırılıb, quyuların təmir-bərpa işlərinə başlanılıb. Özüldə yararsız hala düşmüş 2 ədəd kran, Türkiyə istehsalı olan 2 ədəd yeni kranla (qolunun uzunluğu 18,2 m, yükqaldırma qabiliyyəti 32 ton) əvəz olunub. Yararsız hala düşmüş 4 yanalma meydançasından 2-si yenilənib, 2-si isə təmir edilib. İstismar modulu ilə yaşayış bloku arasında odadavamlı divar səddi çəkilmiş, yanğınsöndürmə sistemi bərpa edilib, işıqlandırma sistemi yenilənib. 4 ədəd 42 nəfərlik xilasetmə qayığı və 1 ədəd 20 nəfərlik xilasetmə salı hazır vəziyyətə gətirilib, işçilər zəruri fərdi mühafizə vasitələri ilə təmin olunublar. Helikopter meydançası təmir edilərək hazır vəziyyətə gətirilib. Hazırda işıqlandırma dövrələrinin, köməkçi avadanlıqların kabelləşməsi, kabel yollarının quraşdırılması işləri davam etdirilir. Özüldə quraşdırılacaq 6 kV-luq paylayıcı qurğunun binasında işlər yekunlaşmaq üzrədir və yaxın vaxtlarda platformada quraşdırılması planlaşdırılır. Məlum olduğu ki, bu günlərdə texnoloji sistem bərpa edilmiş və ilk quyu - 43 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir. Özüldəki daha iki quyunun - 340 və 160 nömrəli quyuların əsaslı təmiri davam etdirilir. Yaxın günlərdə bu quyuların istismar fonduna qaytarılması gözlənilir.
Təmir-bərpa işləri zamanı özüldə ekoloji vəziyyətə nəzarət olunub, ekoloji monitorinq keçirilib, çatışmazlıqlar aradan qaldırılıb. İşçilərin təmiz suya olan tələbatının ödənilməsi üçün Əks Osmos qurğusu quraşdırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info