CASCFEN-dən növbəti ifadə azadlığı mədəniyyəti seminarı
Tarix: 05.08.2016 | Saat: 18:31:00 | E-mail | Çapa göndər


Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) müəllimlər, jurnalistlər və ictimai fəallar üçün növbəti seminarını keçirib. Tədbir “Müxtəlif kateqoriyadan olan qruplar üçün onlayn ifadə azadlığı mədəniyyəti seminarları” layihəsi çərçivəsində baş tutub. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımıyla baş tutan seminar Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) gerçəkləşdirilib. Açılış çıxışında CASCFEN sədri Azər Həsrət verdiyi dəstəyə görə Azərbaycan dövlətinə, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına və BAMF-a, onun rəhbəri Umud Rəhimoğluna təşəkkür edib. Layihənin eksperti, Space TV-nin redaktoru, Dr. Nüşabə Hüseynli iştirakçılara onlayn müstəvidə davranış qaydaları haqqında danışıb. O, özəlliklə bu müstəvidə etik normalara və ümumi qəbul edilmiş qaydalara əməl edilməsinin vacibliyini vurğulayıb. Ayrı-ayrı örnəklərlə çıxışını zənginləşdirən ekspertə müxtəlif suallar ünvanlanıb. O, suallara cavab verməklə bərabər iştirakçıların təkliflərini də dinləyib. Bundan sonra digər ekspert Sevda Əsgər çıxış edib. Onlayn etika haqqında danışan çıxışçı iştirakçılara netiketin 10 qızıl qaydasını tək-tək izah edib. O da müxtəlif suallara cavab verib, iştirakçıların təkliflərini dinləyib. Sonda tədbirə yekun vuran CASCFEN sədri Azər Həsrət ifadə azadlığından sui-istifadə hallarından danışıb və iştirakçılara bu sahədə məsuliyyətlə bağlı bilgi verib. Bunun ardınca başa çatan tədbirdə iştirakçılara sertifikatlar təqdim edilib.

Anar




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Azərbaycan Amerikan Tibb Assosiasiyası Vaşinqtonda konfrans keçirib
26.05.2019
Erməni işğalı Şuşada xalçaçılıq ənənələrini məhv edib
25.05.2019
İspaniyanın Sevilya şəhərində ilk dəfə məscid inşa olunacaq
25.05.2019
Avropa Liqasının final oyunu ilə bağlı azarkeşlər üçün nəqliyyat pulsuz olacaq
25.05.2019
Region gənclərinin dövlət qulluğuna maraq və imkanları artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info